Üzərlik yandırmaqdansa...
Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündür. Qara qüvvələri qovmaq və bəd nəzərdən qorumaq məqsədilə çox vaxt onun gücünə bel bağlayırlar. Bitkinin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duz götürülərək qazın və ya ocağın üstündə qızdırılmış dəmir parçasının üzərinə atılır. El arasında yayılmış inama görə, üzərliyin
tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun çırthaçırt yanması
bəd nəzərin, insana toxuna biləcək sədəmənin qarşısını alır. Əslində isə üzərlik yandıqda tərkibində olan maddələr insana xoş əhvali-ruhiyyə bəxş edir.
Botaniki təsviri
Üzərlik üzərlikçiçəklilər fəsiləsinə aiddir. Uzunluğu 50-70 santimetrə çatır, çoxillik və möhkəm kökləri olan bitkidir. Ağ çiçəkləri, sarı-yaşılımtıl yumru meyvələri, meyvəsinin içində xırda qara toxumları var. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında yetişir. Tərkibində alkaloidlər, harmin, harmolin, harmolol, peqanin kimi maddələrlə zəngindir. Kimyəvi analiz zamanı üzərliyin kütləvi çiçək açan yaşıl kütləsində 3,7 faiz yağ, 18
faiz selliloza, 24,1 faiz protein, 30,7 faiz ekstrativ maddələri var.
Adətən kol halında bitir, quru iqlim şəraitində özünü yaxşı hiss edir.
Ona bütün Mərkəzi Asiya respublikalarında, xüsusən də Qazaxıstanın cənubunda, həmçinin Qafqazda rast gəlinir. Azərbaycanda üzərlik quru iqlim şəraiti olan bütün bölgələrdə,
az qala Abşeronun hər qarışında bitir. Ən maraqlı xüsusiyyəti əsasən qəbiristanlıqda yetişməsidir. Hətta üzərliyin rus dilindəki adlarından biri tərcümədə “köhnə qəbiristanlıq” mənası verir. Üzərliyə olan mistik münasibət və inanclar, çox güman ki, bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardır. Elmi mənbələrdə də
onun niyə qəbiristanlıqda bitdiyi izah edilmir.
Tibbdə istifadəsi
Üzərlik son dərəcə qiymətli müalicəvi bitkidir. Onu dərman
kimi qəbul etmək rahat olmasa da, çox böyük enerji qüvvəsinə malikdir. O qədər də xoşagələn dadı yoxdur. Onu dərman kimi qəbul etmək heç də asan deyil. Vərdiş etdikcə onun dadının heç də pis olmadığı məlum olur. Orta əsr alimləri üzərliklə kəskin
əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəif görməni müalicə ediblər.
Həmin dövrdəki mənbələrdə üzərliyin xassəcə isti və quru olduğu,
bədəni isti saxladığı, yuxu gətirdiyi, aybaşını normallaşdırdığı, bronxlarda bəlğəmi çıxartdığı, bağırsaqlardan qazı qovmağı və qanı durulaşdırdığı barədə məlumatlar var. Döş, mədə-bağırsaq, ürəkkeçmə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Üzərliyin qaynadılmış suyu saçı qaraldır. Üzərlik toxumunun dəmləməsi sidiyə çətin gedənlərə kömək edir. Üzərliyin sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlarda yığılan duzları təmizləyir.
Məişətdə istifadəsi
Üzərlikdən bəzən bəzək əşyaları düzəldirlər. Ondan müxtəlif
dekorativ əşyaların hazırlanmasında istifadə edirlər. Qadınların aksesuar kimi istifadə etdiyi rəngli muncuqlar da üzərliyin meyvələrindən hazırlanır. Üzərliyin toxumlarında cəmlənən qırmızımtıl-yaşıl yağın tərkibində olan linol turşusundan tibdə və digər sahələrdə istifadə edilir. Üzərlik yağının yodu az olduğundan ondan sabun hazırlamaq da mümkündür. Üzərliyin toxum və gövdəsində harmolin adlanan qiymətli boyaq maddəsi var. Laboratoriya şəraitində həmin boyaq maddəsindən yun və ipək məhsulları boyamaq üçün sarı, narıncı, narıncı-yaşımtıl, zeytun rəngi və s. rənglər alınır. Üzərlikdən 100-dən artıq rəng çaları almaq olar.
RESEPTLƏR.
Üzərliyin toxumu oynaq ağrılarının ən yaxşı dərmanıdır. Toxumunu əzərək isti su ilə qarışdrıb alınan kütləni isti-isti bədənin ağrıyan yerinə qoyanda ağrılar kəsilir. Sidik yanmasına kömək edir - əzilmiş üzərlik toxumu və isti su ilə qarışdırılmış isti kütləni sidik kisəsi üzərinə qoymaq və 12 qram üzərlik toxumu şəkərlə içərək həmin xəstəlikdən qurtarmaq mümkündür. Toxumu sirkədə qaynadandan sonra həmin maye ilə bədəni ovmaq xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və aptekçobanyastığı ilə birlikdə
dəmləməsi yaxşı nəticə verir. Tüstüsü diş ağrısının qarşısını alır.
Üzərliyi kətan toxumu və balla qarışdırıb qəbul etmək astma xəstəliyi zamanı çox faydalıdır. Üzərliyin kökündən hazırlanan dəmləməsi sinir sisteminə qıcıqlandırıcı təsir göstərir.

Rəylər