Nanə cövhəri
İstiotlu nanə yarpağı əslində təbiətdə tək, yabanı halda mövcud deyil, bu bir hibrid (Mentha aquatica ilə Mentha spicata) formadır. Bu bitki XVII əsrdə İngiltərədən gətirilmişdir. Buna görə də ona bəzən ingilis nanəsi deyilir.
Qədim Yunanıstan və Romada bitkini yüksək qiymətləndirirdilər. Belə qeyd edirdilər ki, nanə əhval-ruhiyyəni artırır, stolarxası söhbətləri canlandırır. Onlar banket zallarını nanəli su ilə çiləyir, stolların üzərini nanə yarpaqları ilə silir, gələn qonaqlara isə nanədən çələng təqdim edirdilər. Belə hesab edirdilər ki, nanə zehni işi artırır, buna görə də Böyük Pliniy hər zaman başında nanə çələngi gəzdirər, öz tələbələrinə də bunu tövsiyə edirdilər. Bu adət orta əsrlərə qədər yaşamışdır.
İstiotlu nanə yarpağı təkcə tibb sahəsində deyil, kosmetika, aromaterapiya, qida sənayesində də istifadə edilir. Bu ətirli çoxillik ot bitkisi 60-80 sm-lik hündürlüyə malikdir. Çiçəkləri xırda olub açıq-bənövşəyi rəngdədir, iyul-avqust aylarında çiçəkləyir. Bitkinin yığımına çiçəkləmədən əvvəl başlanır. İstiotlu nanə yarpağının tərkibində külli miqdarda mentol efiri mövcuddur.
Təzə dərilmiş və xırdalanmış istiotlu nanənin yarpaqlarından üz üçün maskalar hazırlanır, kompreslər və vannalar edilir, çay dəmlənir, yeməyə əlavə edilir və s.
Ənənəvi təbabətdə istiotlu nanədən mentol efirinin, ürək-damar preparatlarının, məlhəmlərin, zökəm əleyhinə damcıların, öskürək əleyhinə dərmanların hazırlanmasında istifadə edilir.
İstiotlu nanə yarpağı iltihab əleyhinə, sakitləşdirici, ağrıkəsici, iştahaartırıcı, bəlğəmgətirici, ödqovucu, mülayim işlədici təsirlərə malikdir.
Nanəli çay. 1 xörək qaşığı xammalın üzərinə 1 stəkan qaynar su əlavə edilib 10-15 dəqiqə müddətinə dəmlənir. Alınmış dəmləmə nevrozlar, yuxusuzluq zamanı gün ərzində 1 stəkan içilir, soyuqdəymə zamanı isə 2 stəkan içilir.
Nanənin sulu dəmləməsi. 2 çay qaşığı xırdalanmış nanə yarpaqlarının üzərinə 1 stəkan qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmlənir, süzülür, ürək ağrıları zamanı gün ərzində içilir.
15 qr xırdalanmış nanənin üzərinə 1 stəkan qaynar su tökülüb 10 dəqiqə müddətinə qaynadılır, 30 dəqiqə isə dəmlənir, süzülür. Gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı ağciyər qanaxmaları zamanı daxilə qəbul edilir.
Nanənin spirtli çıxarışı. 20 qr quru xammalın üzərinə 100 qr 75%-li spirt və ya araq əlavə edilib 2 həftə müddətinə qaranlıq yerdə saxlanır. Alınmış cövhər gündə 3-4 dəfə 10-15 damcı burun, boğaz, traxeya, bronxların selikli qişalarının iltihabı zamanı daxilə qəbul edilir. Miqren, baş ağrıları, dəri iltihabı zamanı isə xaricə sürtülür.
Nanəli vannalar. Dəri xəstəlikləri zamanı 1 vedrə suda 50 qr nanə qaynadılır. Alınmış məhlulla imalə də etmək mümkündür. Qaşınan dermatozlarda nanəni qurdpəncəsinin kökü ilə də dəmləmək olar.
Nanə yağı. Bu vasitə qarın nahiyəsində olan ağrılar, köp zamanı, mədədə qıcqırma zamanı daha effektlidir. Nanənin yağı bir tikə qəndə 2-4 damcı damızdırılıb su ilə içilir.
Hiperasid qastrit zamanı. 3 hissə istiotlu nanə yarpağı, 6 hissə dazıotu, 0,5 hissə üçbölümlü yatıqqanqal qarışdırılır, alınmış qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 litr qaynar su əlavə edilir, 2 saat müddətinə termosda dəmlənir. Süzüldükdən sonra alınmış dəmləmə gün ərzində 5-6 dəfəyə daxilə qəbul edilir.
Hipoasid qastrit zamanı. 4 hissə istiotlu nanə yarpağı, 3 hissə boymadərən, 2 hissə şüyüd toxumu, 3 hissə qatırquyruğu otu, 3 hissə bataqlıq qurucası, 2 hissə aptek çobanyastığı çiçəyi, 2 hissə zirə toxumu, 1 hissə mayasarmaşığı qozaları qarışdırılıb alınmış qarışıqdan 4 xörək qaşığı götürülür. Üzərinə 1 litr qaynar su əlavə edilib termosda 11 saat müddətinə dəmlənir. Süzüldükdən sonra səhər acqarına 200 ml qəbul edilir. Mayenin qalan hissəsi isə hər 2 saatdan bir 200 ml olmaqla içilir.
Əks göstəriş. İstiotlu nanə yarpağı südvermə və hamiləlik vaxtı, 6 yaşına qədər uşaqlara əks göstərişdir.

Rəylər