Rəvənd - bağırsaq üçün
Rəvənd soyuğadavamlı çoxillik bitkidir. Bitkinin vətəni Tibet və Çin hesab edilir. Bu ölkələrdə qurudulmuş rəvənddən dərman bitkisi – qızdırmasalıcı vasitə kimi istifadə edilirdi. Rəvənd barədə məlumat eramızdan əvvəl 2700-cü ilə kimi gedib çıxır. Rusiyaya rəvənd 1873-cü ildə səyyah N. M. Prjevalski tərəfindən gətirilmişdir. İndiyə qədər hər fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvəndin şərəfinə festival keçirilir.
Maraqlı fakt. XIX əsrin sonlarında rəvənd qurmanları bu bitkini yetişdirməyin yeni texnologiyasını işləyib hazırlamışlar. Belə ki, onu istixanalarda yetişdirərək şam işığında toplayırdılar. Bu zaman rəvənd 60 sm hündürlüyə qədər qalxır, özünəməxsus dadını isə qoruyub saxlayırdı.
Botaniki təsviri. Rəvənd bitkisi çox məhsuldardır. Bir yerdə 10-15 il yaşayır. Əsasən iki yolla çoxaldılır: vegetativ və toxum vasitəsilə. Rəvəndin cəmi 30 növü məlumdur. Rəvənd qarabaşaqkimilər – Polygonaceae fəsiləsinin nümayəndəsidir. Rəvəndin aşağıdakı növləri vardır: Rheum officinale, Rheum rhaponticum (baytarlıqda istifadə edilir), Rheum undulatum, Rheum compactum, Rheum ribes, Rheum wittrockii.
Rəvəndin kökləri tünd-qəhvəyi və ya qırmızımtıl rəngdədir. Ömrünün 3-cü ilində rəvəndin kökləri yerin 50 sm dərinliyinə kimi gedir. Bitkinin gövdəsi düz və az budaqlanandır. Bir bitkinin üzərində 30-a qədər iri yaşıl yarpaq olur. Rəvənd ömrünün 3-cü ilində iyun ayında ağ, çəhrayı və ya qırmızı çiçəklər açır. Meyvələri isə iyul ayında yetişir.
Kimyəvi tərkibi. Rəvəndin tərkibində rutin, 2%-ə qədər şəkər, pektin maddələri, alma, turşəng və digər üzvi turşular, C, A, B vitaminləri, kalsium, fosfor və maqneziumun mineral duzları və s. Onu da qeyd edək ki, rəvəndin tərkibində çoxlu miqdarda kalsium var. Lakin bu kalsium insan orqanizmi tərəfindən tam şəkildə həzm oluna bilmir. Rəvəndin 95%-i sudan ibarətdir.
Rəvəndin köklərinin tərkibində əsas 2 qrup bioloji maddələr vardır – tannoqlikozidlər və atroqlikozidlər. Tannoqlikozidlər aşı maddələri olub antiseptik, ishal əleyhinə, büzücü təsirlərə malikdir. Atroqlikozidlər isə əksinə olaraq qəbizlik əleyhinə təsir göstərir. Rəvəndin kökləri yaxşı ödqovucu və işlədicidir. Bitkidən işlədici kimi istifadə edilirsə, onda 100 qr-dan artıq olmamaq şərtilə yarpaqları çiy şəkildə yeyilməlidir. Əgər bitkidən bağırsaqların fəaliyyətini normallaşdırmaq, büzücü effekt əldə etmək üçün istifadə edilirsə, onda rəvəndin sutkalıq dozası 2,5 qr-ı aşmamalıdır. Rəvənddən hazırlanan kompot həzmi yaxşılaşdırır, orqanizmi tonuslandırır.
Farmakoloji təsiri. Bitkinin tərkibində olan antraxinon turşusu (emodin) və xrizofan turşusu yoğun bağırsağın selikli qişa reseptorlarını qıcıqlandıraraq peristaltik hərəkəti artırır. Bu təsir rəvənddən yüksək dozada istifadə etdikdə baş verir. Lakin aşağı dozada tanoqlikozidlərin hesabına büzücü kimi təsir edərək bağırsağın peristaltik hərəkətini azaldır. Tanoqlikozidlər zülallarla birləşərək çökür, əmələ gəlmiş bu çöküntülər isə bağırsaq divarına qoruyucu təsir göstərir, qıcıqlanmanın qarşısını alır. Rəvəndin spirtli çıxarışı daha çox işlədici təsirə malikdir. Rəvənd aşağıdakı təsirlərə də malikdir: antianemik, antiseptik, antitoksiki, iştahaartırıcı, köp əleyhinə, hipotenziv, qızdırmasalıcı, sidikqovucu, iltihab əleyhinə və s.
Əks göstəriş. Aşağıdakı hallarda rəvənd istifadə edilə bilməz: mədə-bağırsaq qanaxmaları, sidik kisəsinin iltihabi xəstəlikləri, oksaluriya, böyrək daşı xəstəliyi, xolesistit, şəkərli diabet, peritonit, revmatizm.
Tibdə tətbiqi. Rəvənd yüksək dozalarda işlədici olduğuna görə qəbizlikdə, bağırsaqların atoniyasında, meteorizm zamanı istifadə edilir. Bitkinin effekti qəbuldan 8-10 saat sonra başlayır. Lakin onu da qeyd edək ki, hemorroya (qanaxmalarla müşayiət olunduqda) meylli yaşlı insanlara bu vasitədən istifadə etmək məsləhət deyil. Kiçik bir nüansı da qeyd edək ki, rəvənd uzun müddət istifadə edildikdə onun işlədici effekti azalır və ona qarşı alışqanlıq yaranmış olur. Buna görə də yaxşı olar ki, rəvəndin istifadəsi digər işlədici vasitələrlə - purgen, səna, murdarça və s. ilə növbələşdirilsin.
Pediatriyada rəvənddən ehtiyatla istifadə etmək lazımdır, tərkibində külli miqdarda turşəng turşusu olduğuna görə rəvənd 12 yaşına qədər uşaqlarda zəhərlənmə yarada bilər. Hamilə qadınlara da rəvənddən istifadə etmək olmaz. Rəvənd preparatlarının qəbulu zamanı xrizovan turşusuna görə insanın təri, sidiyi və südü sarı rəngə boyana bilər.
Rəvənd kulinariyada. Rəvənd alman, danimarka, eston, ingilis və s. xalqların milli xörəklərinin tərkibinə daxildir. Britaniyalılar rəvənddən müxtəlif desert, piroq, krambl hazırlayırlar. Bunlardan əlavə rəvənddən kompot, pivə, kvas və şərabların hazırlanmasında da istifadə edilir.
Ümumi məsləhətlər.
• Rəvənddən hər hansı bir yemək hazırlayarkən metal tərkibli qablardan istifadə edilməməsi məsləhətdir. Əks təqdirdə rəvəndin tərkibindəki turşəng turşusu metalla reaksiyaya girir və nəticədə rəvənd öz cəlbedici rəngini itirmiş olur.
• Rəvənd tez bir zamanda bişdiyinə görə onu bir dəfə qaynatmaq kifayətdir.
• Ətraf mühitin temperaturu artdıqca rəvəndin zoğlarında turşəng turşusu toplanmağa başlayır. Bu isə insan orqanizmi üçün zərərlidir.
• Rəvəndi bişirən zaman onun qabığını soymağa ehtiyac yoxdur. Çünki onun qabığında bir çox vitamin və faydalı maddələr toplanmışdır.
Resept.
• 2 xörək qaşığı xırdalanmış rəvənd köklərinin 1 stəkan qaynar su əlavə edilib adi qara çay kimi dəmlənir və gün ərzində 0,5 stəkan daxilə qəbul edilir.
• Rəvəndin köklərindən hazırlanmış toz 0,3 qr olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.

Rəylər