Kasnı
El arasında belə bir deyim var, kasnı çiçəkləyibsə, deməli günəş artıq zenitdədir.
Belə deyirlər ki, kasnının bu qədər məşhur olmasında Sultan Süleymanın çox böyük rolu olmuşdur. Belə ki, günlərin bir günü sultan öyrənir ki, saray xidmətçiləri ərzaq anbarından qəhvə oğurlayaraq onun yerini qəhvəyəbənzər və ondan heç də fərqlənməyən bir məhsulla doldururlar. Sultan bundan hazırlanan içkinin dadına baxmaq istəyir və bu onun çox xoşuna gəlir. Elə o gündən sonra bu məhsul sarayda məşhurlaşır. Bu məşhur bitki kasnı idi.
Kasnı Avropada orta əsrlərdə məşhurlaşmağa başladı. Burada əhali onun toxumlarını qovuraraq ondan qəhvəyi içki hazırlayırdı.
Lakin onu da qeyd edək ki, qədim Misirdə kasnı məlum idi, ondan həzmi yaxşılaşdıran bir vasitə kimi istifadə edilirdi. İlk dəfə hollandlar 1690-cı ildə kasnının toxumlarını qovuraraq bunu təcrübədən keçirmişlər. Hal-hazırda kasnı istehsalının böyük payı (40%-dən yuxarı) Fransanın hesabına reallaşır.
Adi kasnı Asteraceae fəsiləsinin nümayəndəsi olub çoxillik ot bitkisidir. Vətəni Aralıq dənizi sahilləri hesab edilir.
Yayılması. Adi kasnı Skandinaviyadan Aralıq dənizinədək, Britaniyadan Şərqi Sibir və Hindistanadək, bir sözlə Avrasiyanın mülayim və tropik iqlim qurşaqlarında geniş yayılmışdır. O cümlədən kasnıya Qafqaz ərazisində də rast gəlinir. Əsasən meşələrdə, çəmənliklərdə, yol kənarlarında, dağlarda orta dağ qurşağına qədər olan ərazilərdə bitir. Bitki arıçılıq üçün çox yararlıdır.
Botaniki təsviri. Kasnı uzun kökə malik olub çoxillik və ya ikiillik (mədəni sortlarında) ot bitkisidir. Orta dərəcəli budaqlanmaya malik yaşıl gövdəsinin uzunluğu 15-150 sm təşkil edir.
Kasnının çiçəklərinin rəngi ağ və ya mavinin müxtəlif çalarlarında olur. Uzunsov meyvələri açıq-qəhvəyi rəngdə olub uzunluğu 2-3 mm-dir.
Kimyəvi tərkibi. Kasnının kök və yarpaqlarında böyük miqdarda (11%-ə qədər) inulin polisaxaridi, 4%-ə qədər zülali maddələr, intibin qlikozidi (bitkiyə özünəməxsus spesifik acı dad verir), aşı maddələri, üzvi turşular, B1 və C vitaminləri, karotin və s. mövcuddur. Çiçəklərində kumarin aşkar edilmişdir. Toxumlarında 15-28% yağ vardır.
Tibdə tətbiqi. Kasnı xalq təbabətində çox qədimdən tətbiq edilir. Qədim Romada həzmi yaxşılaşdırmaq üçün, Misirdə ilan və həşərat zəhərlənməsinə qarşı müalicəvi vasitə kimi istifadə edilirdi. İbn Sina isə kasnı ilə həzm traktı xəstəliklərini, göz xəstəliklərini və podaqranı müalicə edirdi. Müasir tibb sahəsində kasnı bu xüsusiyyətlərinə görə müalicə vasitəsi kimi tətbiq edilir: sakitləşdirici, şəkərsalıcı, öd- və sidikqovucu, iltihab əleyhinə, qızdırmasalıcı, antiparazitar.
Kasnıdan əldə olunan inulin bifidostimulyator olduğuna görə bağırsaq mikroflorasına da müsbət təsir edir. Kasnı kaliumla da zəngindir. Qanda «pis» xolesterinin miqdarını azaldır.
Kasnının tərkibində kofein olmadığına görə hipertoniklər ondan istifadə edə bilər. Bağırsaqlarında süd və süd məhsullarının həzmi çətin gedən insanlar onu südlə birlikdə qəbul etdikdə südün həzmi asanlaşır.
Kulinariyada tətbiqi. Hal-hazırda kasnının iki növü yetişdirilir. Kasnının qurudulmuş köklərində 75%-ə qədər inulin vardır. Onun köklərindən həm də qəhvə əvəzedicisi – surroqatı hazırlanır. Eyni zamanda qovrulmuş kökləri təbii qəhvəyə əlavə etdikdə kasnı qəhvənin dadını da yaxşılaşdırır. Bitkinin yarpaqları isə qarnir kimi, həmçinin müxtəlif salatların hazırlanmasında da istifadə edilir. Bugünümüzə qədər kasnı bütün dünyada məşhurlaşmışdır. Belə ki, bütün Avropa əhalisi kasnını qəhvəyə əlavə edərək onu daha da dadlı bir içkiyə çevirməyi sevirlər. Belçikalılar kasnını pendir və ya alma ilə bişirirlər. Latviya əhalisi isə kasnıya bal, limon və alma şirəsi əlavə etməklə soyuq içki hazırlayır. Kasnının köklərindən əldə olunan şərbət qənnadı sənayesində istifadə edilir.
• 1 stəkan qaynar suyun üzərinə 1/5 çay qaşığı həll olan kasnı tozu, süd, şəkər tozu və ya bal əlavə edilərək qarışdırılır. İsti içki kimi içilir.
• 1 stəkan qaynar südün üzərinə 1/4 çay qaşığı həll olan kasnı və 2 çay qaşığı bal əlavə edilib qarışdırılır. İsti içki kimi içilir.
• 200 ml qaynar suyun üzərinə 1 xörək qaşığı qovrulmuş kasnı əlavə edilib 3 dəqiqə müddətinə qaynadılır. Bundan sonra qarışıq soyudulur, üzərinə zövqə görə şəkər, süd, bal və ya qaymaq əlavə edilərək içilir.
Əks göstərişləri. Damar xəstəliklərindən, əsasən də venaların varikozu, hemorroydan əziyyət çəkənlər kasnıdan istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidirlər. Eyni zamanda onun antibiotiklərlə də birgə qəbulu məsləhət deyil, çünki kasnı onların təsiri azalda bilir. Hamilə qadınlara, bronxial astmadan, hiperasid qastritdən əziyyət çəkənlərə isə kasnı məsləhət görülmür. Sitruslara, vitamin C-ə qarşı allergiyası olanlar da yaxşı olar ki, kasnıdan uzaq dursunlar.
Reseptlər.
Dalaq xəstəlikləri zamanı. 20 qr xırdalanmış kasnı köklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənir. Alınmış dəmləmə gündə 3 dəfə 1-2 xörək qaşığı daxilə qəbul edilir.
Qaraciyər xəstəlikləri zamanı. 2 xörək qaşığı kasnı köklərinin üzərinə 0,5 l qaynar su əlavə edilib qaynadılır. Sonra isə 1 çay qaşığı meyvə sirkəsi və 2 xörək qaşığı bal əlavə edilib qarışdırılır. Gün ərzində istənilən şəkildə içilir.
Ödqovucu kimi. 2 xörək qaşığı xırdalanmış kasnı köklərinin üzərinə 2 stəkan su əlavə edilib 30 dəqiqə müddətinə qaynadılır. Daha 30 dəqiqə dəmləndikdən sonra süzülüb gündə 3 dəfə 0,5 stəkan yeməkdən öncə daxilə qəbul edilir.
Tənəffüs yolları xəstəlikləri zamanı. 1:1 nisbətində kasnı kökləri ilə damotu otu qarışdırılır. Qarışıqdan 3 xörək qaşığı götürülüb üzərinə 2 stəkan qaynar su əlavə edilir. Alınmış dəmləmə hamamda vanna qəbul edən zaman çay əvəzinə içilir.
Aritmiya zamanı. 2 stəkan suya 1 çay qaşığı xırdalanmış kasnı kökü əlavə edilib qaynama həddinə qədər çatdırılır. Bundan sonra 1-2 saat müddətinə dəm alır. Süzüldükdən sonra 1 çay qaşığı bal əlavə edilib gündə 3 dəfə yeməkdən öncə 0,5 stəkan içilir.
Eyni zamanda kasnıdan ekzema, psoriaz, atopik dermatit, furunkulyoz xəstəlikləri, uşaqlarda diatezin müalicəsi üçün fitoapplikasiya və fitovanna şəklində istifadə edilir.

Rəylər