Pol-pala
Minlərlə həkimin möcüzəvi bitki adlandırdıqları pol-pola (xovlu erva)
Bugün adını çəkdiyimiz möcüzəvi bitki pol-pola adlanır. Onu möcüzə adlandıranlar bitkini tanıyıb, ondan öz praktikalarında geniş istifadə edənlərdir. Pol-pola doğurdan da çox güclü bitkidir. Mütəmadi istifadə edənlər ürəkdə ağrı və böyrək, qaraciyər problemlərindən xəbərsizdirlər.
Son illərdə həkimlər tərəfindən öyrənilən "sehrli bitki" adlandırılan xovlu ervadan istifadə edənlər onun sehrinə bələd olmuş və dünya tələbatını ödəmək üçün biznes sahəsinə çevirmişlər. Vətəni Seylon adaları və Şri-lanka olmasına baxmayaraq, dünyanın başqa yerlərində də onun çoxaldılması ilə məşğul olanların sayı bugün də artmaqdadır.
Botaniki təsviri. Pol-pola çox da hündür olmayan çiçəkləri xırda gümüşü-yaşıl rəngdə, salxımvari çiçək qruplu, zoğ və yarpaqdan ibarət birillik ot bitkisidir.
Farmakoloji təsiri. Tibb mütəxəssisləri bitkinin müalicəvi xüsusiyyətlərini tədqiq edərək belə nəticəyə gəliblər ki, bitkidən hazırlanan dəmləmələrin köməyi ilə böyrək mənşəli xəstəliklər, böyrək daşlarının əridilməsi, öd kisəsi daşlaşmaları, duz yığılması, podaqra, sistit, əsəb xəstəlikləri, qan təzyiqinin aşağı salınması, ürək mənşəli su yığınları, mədə-bağırsaq problemləri, babasil, prostat, artrit, tənəffüs orqanlarında baş verən bronxit, traxeit xəstəlikləri müalicə oluna bilər. Bitki xəstədə baş verən ağrıları aradan qaldırır, qusma hallarının qarşısını alır. Qadınlarda menstrual sikli qaydaya salır, aybaşı ağrıları və baş ağrılarında ağrıkəsici kimi təsir göstərir.
Kimyəvi tərkibi. Bitkinin tərkibində polisaxaridlər, alkaloidlər ervin, metilervin, ervozid, ervolanin, feruloilamid, fenol turşusu, pektin, lupeol, olean turşusu, kumarin, saponin, flavonoidlər - kumaroil, tilirozid erbitrin, triterpenoid aşkar edilmişdir.
Əks göstəriş və əlavə təsirləri. Bitkinin çox zəngin tərkibinin olması onda əlavə təsirlər və göstərişlərin olmasını göstərir. Pol-pola osteoporoz, raxit, böyrək çatışmazlığı, hamiləlik, 12 yaşa kimi uşaqlar üçün və Ca çatışmazlığında əks göstərişdir. Allergik reaksiya və ürəkbulanma olduqda isə bitkidən istifadəni dayandırmaq lazımdır. Bunu da qeyd etmək mütləqdir ki, dəmləməni içərkən borucuqdan istifadə etmək lazımdır. Çünki o, dişin emalını zədələyir. İçildikdən sonra ağız isti su ilə yaxalanmalı və dişlər yuyulmalıdır.
Tibdə tətbiqi. Həkimlərin daha çox diuretik, böyrək və qaraciyər daşlarının parçalanmasında istifadə etdikləri pol-pola həm də qanda xolesterinin miqdarını aşağı salır, yaddaş və immunitetin güclənməsində geniş istifadə olunur. Pol-polanın təkcə dərman bitkisi kimi yox, həm də ətirli çay kimi dəmlənib içilməsi də tövsiyə olunur. Xovlu erva həmçinin qrip, soyuqdəymədə 1 nömrəli bitkidir. O, soyuqdəyməni götürür, tənəffüs yollarını bəlğəmdən təmizləyir. Pol-pola qastrit, kolit, infeksiya və böyrək xəstəliklərində antibakterial təsir göstərir. Qeyd etmək lazımdır ki, bitkini aldıqda onun hansı ölkəyə aid olduğunu, buraxılma tarixini və sertifikatının olub-olmamasını dəqiqləşdirmək lazımdır.
Reseptlər.
• Qaraciyər sirrozunda, babasildə, mədəaltı vəz problemlərində, sistit, prostat və aterosklerozda 1 xörək qaşığı bitki 1 stəkan qaynar su hamamında 15 dəqiqə dəmlənir, isti halda 1/2 stəkan yeməkdən 30 dəqiqə əvvəl içilir.
• Mədə-bağırsaq problemləri, mədə xorası, immuniteti gücləndirmək üçün: 1 xörək qaşığı bitki 200 ml qaynar su ilə termosda 3 saat qalır, 1/2-1/4 stəkan isti halda 2-3 dəfə içilir.

Rəylər