Babasil

Babasil

Bir çox insanlarda babasil xəstəliyinə rast gəlmək olar. Babasilin əsas səbəbi isə qəbizlikdir. Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar. Xalq təbabətində babasilə aid bir sıra müalicələr var.
• Səna yarpağı, boymadərən otu, kövrək murdarça qabığı, keşniş toxumu, şirin biyan kökündən ibarət qarışıq babasil xəstəliyinə çox faydalıdır. Bir xörək qaşığı qarışığın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir. Sonra otaq temperaturunda soyudulur, süzülür. Qaynadılmış su əlavə edərək alınan dəmləmənin həcmi 200 ml-ə çatdırılır. Gündə 1 dəfə, gecə yatmazdan əvvəl 1/2 stəkan daxilə qəbul edilir.

- 2 xörək qaşığı xırdalanmış zəncirotu kökünün üzərinə soyuq qaynanmış su tökülür. 8 saat saxladıqdan sonra süzülür. Gündə 4 dəfə, hər dəfə ¼ stəkan içilir.
- Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.
- Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymədən baş verən xəstəliklərdə içirlər. Ondan tərlədici və hərarəti aşağısalıcı maddə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da istifadə edirlər.
- Suda bişmiş çuğunduru qəbizlikdə işlətmə dərmanı kimi yeyirlər.
- Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir.
- Babasil xəstəliyi zamanı buzlu su ilə vanna etmək faydalıdır. Onu da unutmayın ki, uzun müddət belə vannada əyləşmək də zərərlidir. Buz vannasının davametmə müddəti bir neçə saniyədən maksimum bir dəqiqəyə qədər davam etməlidir. Buzu tək adi sudan deyil, həm də bitki məhlullarından hazırlamaq olar. Həkimlər də buzun babasil ağrılarına yaxşı təsir etdiyini söyləyirlər.
Xalq təbabətində qırmızı çuğundurun köklərini toplayıb soyuq su ilə yuyandan sonra, qabığını soyaraq xırda doğrayıb sonra sıxıb şirəsini çıxarırlar. Alınan təzə şirədən babasil xəstəliyinə tutulanlara gündə 3 dəfə, hər dəfə 2 – 3 stəkan içirdirlər.
1 çay qaşığı buğda kəpəyinin üzərinə ¼ stəkan ilıq su əlavə edib 10-15 dəqiqə saxladıqdan sonra içmək lazımdır. İlk 2-3 gün ərzində buğda kəpəyindən 1-2 çay qaşığı istifadə etmək, nəticə alınmadığı halda isə gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən
5-6 çay qaşığına qədər artırmaq olar. Nəcis ifrazı normallaşdıqdan sonra gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən azaldaraq 1-2 çay qaşığına çatdırmaqla uzun müddət ərzində qəbul etmək tövsiyə olunur.

Profilaktikası
- Bağırsaqların normal fəaliyyəti üçün daim fiziki gərginlik lazımdır (idmanla məşğul olmaq, uzun müddət ərzində açıq havada gəzmək);
- Əgər işiniz uzun müddət ərzində oturaq haldadırsa (sürücülər, ofis işçiləri və s.), gün ərzində mümkün qədər tez-tez ayağa qalxmaq, gəzmək, sadə idman hərəkətləri etmək lazımdır. Avtomobilin oturacağı və ya iş yerində oturduğunuz kreslo çox yumşaq olmamalı.
- Nəcis ifraz edilməsinə mütləq nəzarət edərək qəbizliyin olmasına yol verməyin. Babasilin inkişaf etməsinin və ya onun kəskinləşməsinin qarşısını almaq üçün tərkibində kifayət qədər sellüloz olan qidaların qəbul edilməsi kimi pəhriz rejiminə əməl etmək lazımdır. Bu, qəbizliyin aradan götürülməsinə, defekasiya aktının güc vermədən baş verməsinə səbəb olur. Meyvə və tərəvəzlər sellüloz ilə zəngin olur. Sellüloz buğda kəpəyində xeyli miqdarda olur ki, bunları da qidaya əlavə etmək olar.

www.fitostore.az