Dəvətikanı
Botaniki təsviri. Dəvətikanı bitkisi əsasən səhralarda bitir və paxlalılar – Fabaceae fəsiləsinə aiddir. Bu bitkiyə səhralarda bitib yaşamağına 30-35 metr rekord dərinliyə qədər gedən kök sistemi kömək edir. İran dəvətikanı (Alhagi persarium) şəkərlə zəngin olub isti havada gövdəsindən manna dənəsinə bənzər formada buxarlanaraq donur. Bitkinin ümumi hündürlüyü 30-100 sm olur. Yarpaqların cib hissələrində 2-3 sm uzunluqlu, iti ucu yuxarı istiqamətli tikanlar yerləşir. Yarpaqları 1-2 sm ölçülü sadə uzunsov quruluşda olub növbəli düzülüşdədir. Çiçəkləri qırmızı və ya çəhrayı rəngdədir. Dəvətikanı maydan payızın axırlarına qədər çiçəkləyir, meyvələri iyuldan etibarən yetişir.
Yayılması. Bitki əsasən Rusiyanın Avropa hissəsində və Qərbi Avropa, Qazaxıstan və Orta Asiya, Qafqaz ərazisində geniş yayılmışdır. Səhra və yarımsəhralarda, sahilboyu ərazilərdə gilli-çınqıllı torpaqlarda bitir. Adi dəvətikanına Abşeronun demək olar ki, hər yerində rast gəlmək mümkündür, Bakının özündə də ona tez-tez təsadüf edilir. Adamlar bu bitkiylə qəddar davranırlar, bu da onun tikanlarına görədi. Həyətində dəvətikanı görən kimi hamı onu hökmən məhv etməyə çalışır. Son illərdə Abşeronun ekoloji mühitinin dəyişməsi, daha doğrusu, suyun ümumi səviyyəsinin artması bu qiymətli bitkinin tədricən yoxa çıxmasına da gətirib.
Toplanması və tədarükü. Bitkinin yerüstü hissəsini, bəzən köklərini çiçəkləmə periodunda toplayırlar. Toplanmış bitki altıaçıqlarda 3-4 sm qalınlığında yayılaraq qurudulur. Dəvətikanının ən mühüm və qiymətli hissəsi onun may-avqust aylarında əmələ gələn çiçəkləridi. Dəvətikanı çox iynəli olduğundan çiçəkləri toplamaq əziyyətli işdi. Daha sonra onu qurudub saxlamaq da olar. Çiçəklərindən və köklərindən qurudulmuş halda istifadə olunsa da, dəvətikanının yarpaqlı və tikanlı hissəsindən yaşılkən yararlanmaq lazımdı, çünli qurudulanda müalicəvi əhəmiyyətini bir qədər itirir.
Kimyəvi tərkibi. Bitkinin tərkibində flavonoidlər, saponinlər, şəkər, aşı maddələr, C, K və B qrupu vitaminləri, karotin, ursol turşusu və s. maddələri mövcuddur.
Tibdə tətbiqi. Tibdə bitkinin əsasən yerüstü hissəsindən, bəzən meyvə köklərindən istifadə edilir. Dəvətikanının demək olar ki, bütün hissələri müalicə vasitəsi kimi yararlıdı: tikanlı üst hissəsi, çiçəkləri, kökü. Toxumları haqda isə hələlik heç bir tibbi ədəbiyyatda məlumat yoxdu. Ola bilsin, toxumları ilə bağlı heç bir təcrübə aparılmayıb. Hər halda ziyanı barədə də məlumat yoxdu. Çox güman ki, elə qurudularkən toxumlarından da istifadə edilir.
Dəvətikanının tikanlı yarpaqlı hissəsi adətən çay kimi dəmlənir və spesifik, bir qədər turş dada malik olur. Ödqovucu, tərqovucu, hərarətsalıcı xassəsi var. İshalda, dizenteriyada, babasildə istifadə edilir. Quru yarpaqlarından dəmlənən çay mədə və onikibarmaq bağırsağın xorasında yaraları sağaltmağa kömək edir.
Böyrəyində və öd kisəsində daş olanlar, o cümlədən ödqovucuya, sidikqovucuya ehtiyac duyanlar dəvətikanının kökünü suda dəmləyib içə bilərlər. Ümumiyyətlə, dəvətikanının bütün hissələrinin əsas təsiri bu orqanlarla bağlıdı. Bu bitkinin qurudulmuş kökünü çay kimi dəmləyib hərarəti aşağı salmaq olar. Bitkidən hazırlanan dəmləmədən hemorroy, irinli yaralar, ekzema və s. zamanı xaricə vanna, yuyunma, kompres şəklində istifadə etmək olar. Bu zaman bitki iltihab əleyhinə, büzücü təsir göstərir.
Reseptlər.
Dəvətikanı köklərinin dəmləməsi. 2 çay qaşığı xırdalanmış köklərin üzərinə 1 stəkan qaynar su əlavə edilib 7 dəqiqə odun üzərində saxlanır. Bundan sonra 30 dəqiqə qaranlıq yerdə saxlanır. Alınmış dəmləmə süzüldükdən sonra hamısı səhər acqarına içilir. Bu işlədici effektə malikdir.
Dəvətikanıdan vannanın hazırlanması. 4 xörək qaşığı xırdalanmış dəvətikanı otunun üzərinə 500 ml qaynar su əlavə edib 2 saat müddətinə dəmlənir. Bundan sonra süzülüb istifadə edilir.
Maraqlıdır... İsti vaxtlarda bitkinin yarpaq və budaqlarından “manna” (şəkər surroqatı) adlanan qonur-sarımtıl rəngli şirin maye hasil olur. Bu maye axşama doğru bərkiməyə başlayır. Bu maddə yeməlidir, onu səhərlər bitkinin budaqlarını silkələyərək toplayırlar. Bu maddənin işlədici, sidikqovucu və hərarətsalıcı, eyni zamanda bəlğəmgətirici xüsusiyyətləri vardır. “Manna”lı çayı içdikdən sonra orqanizmin yorğunluğu da tez bir zamanda çıxır.
Dəvətikanı bir növ səhranın meşə zolağıdı. Bildiyimiz kimi, qum açıq şəraitdə sürüşüb axa bilir. Dəvətikanı öz iri tikanları və dərin kökləriylə bu cür qum axınlarının qarşısını alır. Hətta Abşeron şəraitində böyük həyətyanı sahələri olanlar dəvətikanını kəsib qurudur, onları bir-birinə calayıb uzun məftiləbənzər bir dolaq yaradır, sonra isə quma batırırlar ki, bunda da məqsəd qum axınlarının qarşısını almaqdı.
Abşeronda dəvətikanının ən çox praktik istifadəsi meyvə qurudulanda olur. Soyuducuların olmadığı vaxtlarda qışa çoxlu ehtiyat yığmağa ehtiyac yaranırdı. Dəvətikanı yığılır, qurudulub preslənirdi. Onun üstündə yay vaxtı əsasən əncir qurudulurdu, çünki istər ənciri, istərsə də digər meyvələri qurudanda onların hər tərəfdən yaxşı hava almasını təmin etmək vacibdi. Təbii şəraitdə bu rolu dəvətikanından gözəl heç bir bitki yerinə yetirə bilmir. Ən keyfiyyətli əncir qurusunu da preslənmiş dəvətikanının üstündən almaq mümkündü.

Rəylər