Avokado
rxeoloji faktlara görə eramızdan əvvəl 3-cü minillikdə artıq avokado yetişdirilirmiş. Asteklər bu bitkini auakatl - yəni meşə yağı adlandırırdılar. İlk dəfə olaraq avokadonun adı ədəbiyyatda 1553-cü ildə ispan keşişi və tarixçisi Pedro Syes de Leonun «Perunun xronikası» əsərində aquakate şəklində çəkilmişdir.
Botaniki təsviri. Lauraceae – dəfnəkimilər fəsiləsinin nümayəndəsidir. Avokado tez böyüyən bitkilər sırasına daxildir. O, tez bir zamanda uzanaraq hündürlüyünü 18 metrə qədər çatdıra bilir. Gövdəsi çox zaman düzdür, güclü budaqlanmaya malikdir. Yarpaqları elliptik olub uzunluğu 35 sm-ə qədər olur. Yarpaqlarını ilboyu tökür. Çiçəkləri isə yaşılımtıl xırdadır. Meyvələri armudvari olub birtoxumludur, forması bəzən elliptoid və ya kürəşəkilli də olur. Yetişmiş avokado meyvələrinin uzunluğu 5-20 sm arası, çəkisi isə 50 qr-dan tutmuş 1,8 kq-a qədər olur. Dəyməmiş meyvələrin qabığı sərt olub tünd-yaşıl rənglidir, dəydikcə meyvələrin qabığı qaralmağa başlayır. Dəymiş avokadonun ləti yaşıl və ya sarımtıl-yaşıl rənglidir, yağlıdır, çünki tərkibində çoxlu yağ mövcuddur. Meyvə lətinin ən mərkəzində iri toxumu da var. Bu meyvəni südverən analara vermək məsləhət görülmür, çünki avokado ishal verə bilər.
Avokado işıqsevər bitkidir. Güclü küləklərdən qorunması gərəkdir. Münbit və yaxşı drenajlanmış torpağı çox sevir, şaxtaya və quraqlığa qarşı dözümü yoxdur. Meyvəvermə dövründə rütubətə qarşı tələbatı artır.
Avokadonun yarpaq və toxumunun tərkibində persin adlı fungisid toksin vardır. Bu toksin nəinki heyvanlara, hətta insana da təhlükəlidir. Persin insanda allergik reaksiya, həzm sistemi pozğunluğu verə bilər.
Avokadonun Ettlinger, Fuerte, Nobel və Xass kimi sortları mövcuddur. Onu da qeyd edək ki, avokadonun meyvə olmasına baxmayaraq çoxu onu tərəvəz hesab edir.
Yetişdirilməsi. Avokado bir çox tropik və subtropik ölkələrdə - ABŞ, Braziliya, Afrika, İsrail və s. yetişdirilir. Bir ağacdan meyvənin məhsuldarlığı 150-200 kq-dır. Avokadonun 400-dən artıq növü məlumdur. Avropa ərazisində ilboyu mağazalarda avokado tapmaq olar.
Kulinariyada avokadonun lətindən soyuq yeməklərin hazırlanmasında istifadə edilir. Avokado vegetarian insanların menyusuna daxil olaraq ət və yumurtanı əvəz edir.
Kimyəvi tərkibi. Avokado qocalma əleyhinə olan məhsullar sırasında liderlik təşkil edir. Onun tərkibində bitki yağı, vitamin E, kalium (banandan da yüksəkdir), qlutation və s. vardır. 100 qr avokadonun enerji dəyəri 245 kaloridir. Tərkibində ziyanlı yağlar və şəkər olmadığına görə pəhriz rasionuna daxil edilə bilər.
Faydalı xüsusiyyətləri. Avokado insanın bütün orqanlarına müsbət təsir göstərir. Yaddaşı möhkəmləndirir, ürək-damar xəstəliklərinin əmələgəlmə səbəblərini azaldır, ürəyin düzgün işləməsini təmin edir, su-duz mübadiləsini normallaşdırır, stressə qarşı müqaviməti artırır, arterial təzyiqi aşağı salır, qanyaranmanı stimullaşdırır. Avokado bütün həzm sistemi xəstəliklərində istifadə edilə bilər, xüsusən də qəbizliyin müalicəsində. Avokadodan əldə edilən yağ parfümeriya sənayesində istifadə edilir. Fransada avokado yağı əsasında hazırlanmış preparat sklerodermiya, parodontoz, artroz, Pecet xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir.
Kulinariyada tətbiqi. Yaxşı olar ki, avokado quş ətləri, qırmızı balıq və kürü ilə yeyilsin. Avokadonu çiy halda yemək lazımdır, çünki tərkibində tinin maddəsi olduğuna görə termiki emaldan sonra acı dad verir. Bir də ki, avokado təmizlənən kimi yeyilməli və ya salata daxil edilməlidir, çünki o tez bir zamanda qaralır. Dəymiş avokadonu soyuducuda 5 gündən artıq saxlamaq olmaz. Ancaq dəyməmiş avokadonu soyuducuya qoymaq olmaz! Onlar orada dəyməyəcək, sadəcə xarab olacaqlar.
Avokadodan salatın hazırlanması. 70 qr kahı, 1 ədəd avokado, 1/2 baş soğan, çerri pomidoru, 100 qr brınaz və ya mosarella pendiri, 1 ədəd limonun qabığı, 6 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı xardal. Bütün sadalananlar doğaranaraq qarışdırılır.

Rəylər