Adi zirə
Yayılması. Rusiyanın avropa hissəsində, xüsusilə də, cənubi, cənub-şərqi bölgələrində, Qafqazda, Qərbi Sibir və Orta Asiyada geniş yayılmışdır.
Botaniki təsviri. İkiillik ot bitkisi olub çətirçiçəkkimilər fəsiləsinə daxildir. Hündürlü 110 sm-ə qədər olur. Kök sistemi güclüdür. Yarpaqları ikiqat-üçqat lələkvari olub növbəli düzülüşə malikdir. Gövdəsi hamardır, yetişdikcə rəngi qonurlaşaraq quruyur. Hər bir zoğu hamaşçiçəklərlə nəhayətlənir. Çiçəkləri xırda ağ rəngli, 5 ləçəklidir, mürəkkəb çətir çiçək qrupunda toplanmışdır. Meyvələri isə uzunsovdur. Zirə iyunda çiçəkləyir, ömrünün ikinci ilində - iyul-avqust aylarında isə meyvə gətirir. Toxum vasitəsilə çoxalır.
Kimyəvi tərkibi. Zirənin toxumlarının tərkibində efir yağları (limonen, karvon, dihidrokarvon, karvakrol və dihidrokarvakrol), zülallar, flavanoidlər (kversetin), aşı maddələri var idi.
Farmakoloji xüsusiyyətləri. Zirənin toxumları mədənin motor və sekretor fəaliyyətini artırır. Lakin onu qeyd edək ki, bitkinin toxumlarının əsas farmakoloji təsiri mədə-bağırsaq traktının saya əzələlərinə spazmolitik təsir göstərməkdən ibarətdir. Bunlardan əlavə zirə toxumları diuretik (sidikqovucu) və laktogen (südartırıcı) təsir göstərir. Zirənin efir yağları antiseptik və qurdqovucu təsirə malikdir.
Tibdə tətbiqi. Zirənin toxumları tibbi praktikada həzm vəzilərinin sekretor funksiyasını artıran, qazqovucu və işlədici vasitə kimi bu hallarda tətbiq edilir:
• Meteorizm
• Atonik qəbizlik
• Kolit
• Uşaqlarda dispepsiya
• Qanazlığı
• Hipoqalaktiya
Bitki ödqovucu, köp əleyhinə, iştahaartırıcı, işlədici və sakitləşdirici bitki yığıntıların tərkibinə daxildir.
Zirənin dərman formaları.
Zirənin toxumları (Fructus Carvi) digər bitkilərlə (pişikotu, bataqlıq qurucası, aptek çobanyastığı) birgə tətbiq edilir.
Zirə toxumlarının yağı (Oleum Carvi). Bu yağ rəngsiz və ya azca sarımtıl olub hava ilə kontaktdan rəngi tez qonurlaşır. Xarakterik qoxuya, xoş dada malikdir. Dərman kimi gündə bir neçə dəfə qəndin üzərinə 1-3 damcı damızdırılır.
Zirə suyu (Aqua Carvi). Uşaqlarda bağırsaq sancıları zamanı 1 çay qaşığı daxilə qəbul edilir.
Zirə toxumlarının dəmləməsi (Infusum fructuum Carvi). 20 qr (2 xörək qaşığı) xammalın üzərinə 200 ml qaynar su əlavə edilib emallı qabda su hamamında 15 dəqiqə qızdırılır. 45 dəqiqə otaq temperaturunda soyudulur. Alınmış məhlul süzülüb üzərinə su əlavə edilərək əvvəlki həcminə çatdırılır. Dəmləməni 2 sutka saxlamaq olar. Gündə 2-3 dəfə köp əleyhinə vasitə kimi 1/3-1/2 stəkan yeməkdən sonra daxilə qəbul edilir.
Zirə toxumlarından laktogen vasitə. 2 çay qaşığı xammalın üzərinə 400 ml su əlavə edilib zəif odun üzərində qızdırılır. Bundan sonra soyudulub süzülür. Alınmış dəmləmə laktogen vasitə kimi gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan daxilə qəbul edilir.
Əks göstəriş. Bitkiyə qarşı fərdi həssaslıq.
Digər sahələrdə tətbiqi. Bitkinin toxumları baytarlıqda heyvan yemlərinin dadını yaxşılaşdırıcı vasitə kimi istifadə edilir. Zirədən əldə edilən efir yağları dərman preparatlarının aromatizasiyası üçün istifadə edilir. Bitkinin toxumları, cavan yarpaqları və zoğlarından kulinariyada çörəkbişirmədə, şirniyyat və konservləşdirilmədə, bir də likor istehsalında tətbiq edilir.

Rəylər