Mate
Mate tərkibində yüksək miqdarda matein (matein kofeindən fərqli olaraq yuxusuzluq və taxikardiya vermir, əksinə olaraq orqanizmi daha çox gümrahlandırır) olan tonuslandırıcı içkidir. Mate çayı pırkal bitkisinin (Ilex paraguariensis) qurudulmuş, xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pırkal bitkisinin yarpaqları “mate otu” adlanır. Həmçinin mate çayının hazırlandığı qab da mate adlanır. Lakin ruslar bu qaba kalabas və ya kalebas deyirlər, hansı ki, bu söz özü də ispan dilindən tərcümədə balqabaq deməkdir.
Mate sözü keçua dilində mati sözündən götürülüb tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. Ümumiyyətlə, keçua dilində bu söz nə bitki, nə çay, nə də qurudulmuş yarpaq mənasını vermirdi, onun bir tərcüməsi var idi: içki içilən qab. Əvvəllər mate “iezut çayı” da adlandırılmışdır.
Tarix. Bəzi alimlərin fikrinə görə mateni içkilərin ən qədimi hesab etmək olar. Hinduların bu içkini hələ e. ə. 7-ci minillikdə istifadə etməkləri barədə faktlar da mövcuddur. Hindular bu içkini nəinki dadına və müalicəvi xüsusiyyətlərinə görə, həmçinin ilahi tərəfindən göndərildiyinə inandıqlarına görə də yüksək qiymətləndirirdilər.
Əfsanəyə görə Latın Amerikalıların allahı açıq dərili, mavi gözlü Payya Şarume səyahət zamanı meşədə azır və qocanın evində gecələməli olur. Bu qocanın isə əsrarəngiz gözəlliyə malik bir qızı var idi, atası onu insanlardan gizlədirdi. Həmin gecə ata ilə qızı imkanları daxilində allaha qulluq etməyə çalışdılar. Səhəri günü bunun əvəzində allah onlara çoxlu təşəkkür edərək qocaya onun qızını bütün dünya üçün faydalı və sevimli olacaq bir bitkiyə çevirəcəyini söz verdi. Beləliklə, yer üzünə mate adlı bitki gəldi.
Matenin tədarükü. Bitkinin yarpaqları ağac əkildikdən 3-4 il sonra yığılmağa başlayır. Lakin bundan sonra yarpaqların toplanması ildə 2-3 dəfə aparılır. Bu zaman yarpaqla bərabər qalınlığı 4 mm-ə qədər olan cavan zoğlar da toplanır.
İçki haqda. Mate çayı acıtəhər dada malikdir. Əsasən nevrozlar, depressiya zamanı əhval-ruhiyyəni yaxşılaşdırmaq, aktivliyi artırmaq və s. üçün içilir. Çox hallarda bu əlamətlərin meydana çıxması çayın qanda adrenalinin səviyəsini aşağı salması ilə izah edilir. Yuxu tsiklini pozmur, tez yuxuya getməni təmin edir, yuxu müddətini uzadaraq yuxunun dərinliyini artırır.
Botaniki təsviri. Pırkal Aquifoliaceae fəsiləsinə daxildir. Hündürlüyü 1-6 m arasında dəyişən həmişəyaşıl ağacdır. Yarpaqları 5-16 sm uzunluğunda olub yumurtaşəkilli kənarları dişciklidir. Yayılma arealı Cənubi Amerika hesab edilir. İkievli bitkidir.
Kimyəvi tərkibi. Mate bitkisinin tərkibində olan bəzi kimyəvi maddələr bunlardır: beta-amirin, vanilin, su, izovalerian, izokapron turşuları, inozitol, kofein, 2,5-ksilenol, PP, B5, B6, B2 vitaminləri, tannin, teofillin, teobromin, xolin, sellüloza, xlorofil, xlorogen, ursul turşuları və s.
İnsan sağlamlığına təsiri. Mate çayı qədim zamanlardan piylənmə ilə mübarizədə köməkçi vasitə kimi tətbiq edilib. Çünki mate aclıq hissinin yaranmasının qarşısını alaraq yüngül işlədici effekt verir.
Mate bitkisi əslində kanserogenlərə aid deyil, sadəcə olaraq bu bitkidən hazırlanmış içkini isti halda qəbul etdikdə insan orqanizmi üçün təhlükəli olur, yəni kanserogenləşir. Buna görə də o, kanserogenlərin IARC siyahısında 2A qrupuna daxil edilmişdir.
Montevideo Onkologiya İnstitutunun apardığı tədqiqat nəticəsində mate istifadəsi ilə qida borusu xərçənginin əmələ gəlməsi arasında əlaqənin olduğu müəyyən olunmuşdur. Onu da qeyd edək ki, Uruqvay əhalisinin praktik olaraq hamısı mate çayından istifadə edir və bunların əksəriyyəti ölkənin onkoloji statistikasına daxildir.
Uzun müddət mate çayı içdikdə dəridə quruluq və tər ifrazının azalması müşahidə edilir. Buna görə də ağciyər xərçənginin yaranma riski artmış olur.
Çayın içilmə qaydası. Bu çayın özünəməxsus içilmə qaydası vardır, belə ki, cebador adlı bir nəfər mateni dəmləyir və məclisdə oturan hər bir kəsə bu çaydan verir. Çayı hamı bir qabdan içərək bir-birinə ötürməli və yenidən cebadora verməlidir, onu da qeyd edək ki, çay təzə dəmlənəndə acı olduğuna görə onun dadına nəzarət etmək məqsədilə onu elə birinci cebador özü içməlidir. Çay gümüş materialdan hazırlanmış xüsusi borucuq - bombilya ilə içilir. Məlumdur ki, gümüşün dezinfeksiyaedici xüsusiyyəti vardır.
Maraqlıdır...
• ABŞ-da bu içkini qəhvənin ideal əvəzedicisi hesab edirlər.
• Argentinada il ərzində hər bir adam 10 kq-a yaxın mate istifadə edir.
• Avropa gömrüklərinin tarif kodekslərində bu məhsul Cənubi Amerika çayı kimi qeyd edilir.

Rəylər