Görməni yaxşılaşdırmaq üçün

Görməni yaxşılaşdırmaq üçün

Görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
Gözlərim görməsəydi… Ardını yazmağa ehtiyac yoxdu. Bu ifadəni öz-özünə deyən hər bir şəxs artıq nələrdən məhrum olduğunu aydın bilmiş olur. Bunun da ən gözəl həlli gözlərimizi qorumaqdır.
Müasir dövrdə elə bir insan yoxdur ki, görmə zəifliyindən əziyyət çəksin. İstənilən sivil ölkənin 21 yaşından yuxarı vətəndaşlarının 10-dan 9-da bu problem mövcuddur. Aydın məsələdir ki, yaş artdıqca bu problem daha da dərinləşir. Artıq 40 yaşından yuxarı şəxslər arasında görmə problemi olmayanlara demək olar ki, rast gəlinmir. Müasir oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq və görmə itiliyini artırmaq üçün göz əzələləri üçün nəzərdə tutulmuş müalicəvi gimnastika və müxtəlif dərman vasitələri məsləhət görürlər.
Reseptlər.
• 1 çay qaşığı nanə şirəsinin üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı təmiz (distillə olunmuş olsa daha yaxşı olar) su əlavə edilərək qarışdırılır. Alınmış qarışıq gündə 2 dəfə - səhər və axşam 2-3 damcı gözə damızdırılır.
• Təzə yığılmış keşniş gündə 1-2 dəfə 10-20 dəqiqə müddətinə gözlərin üzərinə qoyularaq saxlanır.
• Toyuq korluğu zamanı gündə 2 dəfə yeməkdən sonra bir qədər suda 1 damcı həll edilmiş dəmrovotu şirəsi içmək məsləhət görülür.
• 2 xörək qaşığı itburnu meyvələrinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 3-5 dəqiqə müddətinə saxlanır. Soyudulub süzüldükdən sonra ½ stəkan səhər və axşam içilir.
• 3 xörək qaşığı kasnı bitkisinin üzərinə 400 ml qaynar su əlavə edilib 2-3 dəqiqə qaynadılır. 30 dəqiqə dəm aldıqdan sonra gün ərzində içilir. Müalicə müddəti 3-4 həftədir.
• 2 çay qaşığı qaragilə yarpaqlarının 1 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənir. Süzüldükdən sonra gündə 2 dəfə 1/2 stəkan içilir.
• Buxara verilmiş at turşəngi, rəndələnmiş alma və xiyar (qabığı soyulmuş) 1:1:1 nisbətlərində qarışdırılıb gözlərin üzərinə qoyulur. Bu gözlərin görmə qabiliyyətini yaxşılaşdırır.
• Zəncirotu bitkisinin yerüstü hissəsi bütövlükdə qurudularaq toz halına salınır. Zəncirotu tozu 1:1 nisbətində balla qarışdırılaraq hər axşam göz qapaqlarına çəkilir. Bir qədər qaldıqdan sonra ilıq süd zərdabı ilə yuyulur.
• 100 ml distillə edilmiş təmiz suyun üzərinə 1 damcı yağ əlavə edilib qarışdırılır. Qarışıq gündə 1 dəfə gözə damızdırılır.
• Ahıl yaşlarında görmə qabiliyyətində yaranmış zəifliyi azaltmaq üçün gicitkəndən hazırlanmış yeməklərdən – şorbalardan, qutablardan, kükülərdən istifadə etmək olar.
• 15 qr qurudulumuş damotu otunun üzərinə qaynar su əlavə edilib 40 dəqiqə müddətinə dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
• Kələm yarpaqları təmiz yuyulub qaynadılır. Soyuduqdan sonra gündə 3-4 dəfə yarpaqlar yeyilir, qaynadıldığı su isə içilir.
• Saxlanma zamanı kartofun üzərində yaranan cücərtiləri toplanaraq qurudulur. Alınmış xammaldan 1 xörək qaşığı götürülüb üzərinə 1 stəkan araq əlavə edilir. Qarışıq 1 sutka qaldıqdan sonra gündə 3 dəfə 1 çay qaşığı yeməkdən sonra daxilə qəbul edilir.
• Yerkökünün yetişmə mərhələsində onun yaşıl hissəsi təzə, tər halda yeyildikdə və ya salatlara qatıldıqda gözün görmə qabiliyyətini yaxşılaşdırır. Bundan əlavə bu yaşıl hissələri qurudaraq ədviyya kimi də istifadə etmək olar.
• Qurudulub üyüdülmüş yemişan meyvələri əsasən yaxıngörmə zamanı 1:1 nisbətində balla qarışdırılaraq gündə 3 xörək qaşığı daxilə qəbul edilir.
• 0,5 kq aloye yarpaqları yuyulmadan və təmizlənmədən folqa kağıza bükülərək soyuducuya qoyulur. 2 həftə burda saxlandıqdan sonra çıxarılıb yuyulur. Ətmaşınından keçirildikdən sonra 0,5 kq bal və 0,5 l çaxırla qarışdırılır. Qarışığı şüşə qabda soyuducuda saxlamaq lazımdır. 1 xörək qaşığı bu qarışıq hər gün səhərlər acqarına bir qədər su ilə qarışdırılaraq daxilə qəbul edilir. Bu reseptin müəllifi professor Filatov hesab edilir.
• Qaragilə, quşüzümü, soğan, sarımsaq, badam, qara gilas, cəfəri, xiyar, şüyüd, kök, çuğundur, kərəviz kimi meyvə və tərəvəzlər gözün görmə qabiliyyətini yaxşılaşdıra bilir.
• Qida rasionunda da bir qədər dəyişiklik etmək olar - əsasən tərkibi A, B qrupu və C vitaminləri ilə zəngin olan ərzaqlardan istifadə edilməlidir.
• Gülümbahar və göyçiçəyin dəmləmələri gözün üzərinə kompres və islatma şəklində qoyulduqda həmçinin göz yorğunluğunu da aradan qaldırır.