Reyşi göbələyi
Reyşi Mao Tsedunun ən sevimli dərmanı
Unikal göbələk olan reyşi Çin xalq təbabətinin ən məşhur dərmanı hesab edilir. Ümumiyyətlə reyşi daha qədim və daha qiymətli olmağı ilə digər müalicəvi təsirli göbələklərdən seçilir. Çinlilər reyşini Lin Çji, bioloqlar isə onu parlaq Qanoderma adlandırırlar. Lakin Yaponiya və dünyanın digər ölkələrində o elə reyşi adı ilə tanınır.
Çin adlı ölkədə belə bir şey var – imperator arxivi. Bu sənədlərdə reyşi haqda məlumat verilmişdir. Lakin təəssüflər olsun ki, bu göbələklə yalnız imperatorun ailəsi, o cümlədən yuxarı təbəqənin insanları müalicə oluna bilərdi. Bu da ona görə belə idi ki, göbələk həddən artıq baha idi, bunu da çox insan necə deyərlər – özünə qıya bilmirdi. Həmçinin təbiətdə də bu göbələyə çox nadir hallarda rast gəlinir. Əsasən o, qurumuş gavalı ağacında bitir, belə ağaclardan isə Yaponiyada çox azdır. Həmçinin bu göbələyi tapan şəxs özünküləşdirir və onun bitdiyi yeri nəsildən-nəsilə ötürürdü.
Hal-hazırda bu göbələk təbii halda, təbiətdə yetişmir, onu yalnız süni halda yetişdirirlər. İlk dəfə olaraq 1972-ci ildə bu sahədə 15 illik təcrübəyə malik yapon fermeri Sigeyake Mori uzun müddətdən sonra bu göbələyin süni şəkildə yetişdirilmə üsulunu tapır. Lakin maraqlıdır ki, Yaponiya bu kəşfini Çinə bildirmədi.
Çin respublikasının o zamanki lideri Mao Tsedun xalq təbabəti ilə müalicəyə çox gözəl baxırdı, məhz onun vaxtında Çində 5 min yeni preparat yaranmışdı. Yaponiyanın bu kəşfindən xəbər tutan lider sadə çıxış yolu axtarmaq qərarına gəlir. Bundan ötrü o böyük bir insan kütləsini meşəyə bu göbələyin sporlarını axtarmağa göndərir. Uzun axtarışlar öz nəticsini verir. Reyşinin sporları artıq onların əllərində idi.
Reyşi göbələyi geniş terapevtik təsir spektrinə və ahıl yaşlılarda sağlamlığı bərpa edə bilməsinə görə ziyalı təbəqənin sevimlisinə çevrilmişdi.
Kimyəvi tərkibi. Göbələyin tərkibində beta-delta-poliqlükan, acı triterpenlər (məhz buna görə göbələk acı dada malikdir.) və s.
1980-ci ildə Yaponiyanın Milli Xərçəng Mərkəzində reyşidən xərçəng əleyhinə ən güclü təsirə malik olan beta-qlükan (GL-I-2 alfa-beta – GanodermaLucidum-Immunomodulator) maddəsi əldə edilmişdir.
Reyşinin xərçəng hüceyrələrinə təsir mexanizmi elə digər göbələklərdəki (braziliya aqariki, şiitake, maytake, əlvan trameta) kimidir.
Reyşinin təsir mexanizmi belədi:
• Reyşinin tərkibindəki beta-qlükanlar xərçəng hüceyrələri lə mübarizə aparan hüceyrələrin sayını külli miqdarda artırır.
• Makrofaqların ömrünü uzadır.
• Həmçinin makrofaqların aktivizasiyasına da səbəb olurlar, bundan sonra makrofaqlar nəinki xərçəng hüceyrələrinə qarşı, həmçinin insan orqanizminin istəniləm dəyişilmiş hüceyrələrinə qarşı sitotoksiki təsir göstərir.
• Reyşinin tərkibindəki polisaxaridlər şiş hüceyrələrinin nekroz faktorunu və interleyki1, 6-nı 10-30 dəfə artırır.
• Təcrübələr onu da göstərmişdi ki, reyşi qəbul edən xərçəng xəstələrinin orqanizmi kimyəvi terapiya və şüalanma daha yaxşı cavab verir.
• Reyşinin tərkindəki triterpenlər şiş hüceyrələrinin böyüməsini bilavasitə dayandırır.
• Betasterinlər isə (reyşinin hüceyrə membranının əsas tərkib hissəsi) xərçəng hüceyrələrinin əmələ gəlmə və böyüməsini tormozlayır.
• Belə bir dolayı mexanizm də mövcuddur – reyşinin tərkibindəki D6 polisaxaridi sümük iliyində nuklein turşularının sintezini 50%, zülalların sintezini isə 29% artırır, nəticədə B-limfositlər vasitəsilə şiş hüceyrələrinə qarşı antitel sintezi artmış olur.
Reyşidən effektiv təsirli ekstrakt almaq üçün ilk öncə qurumuş gavalı ağacında yetişmiş qırmızı reyşi göbələyi seçilməli və daha sonra o, öz xitin təbəqəsindən ayrılmalıdır (çünki xitin təbəqəsi də ekstrakta qarışarsa, bu göbələyin effektiv təsirini, daha doğrusu beta-qlükanın təsirini azaltmış olacaqdır).
Reyşi göbələyi planetimizin yeganə məşhur dərman göbələyi olaraq qalacaqdır. Bu göbələyə qarşı müsbət fikirlər artmaqda davam edir.

Rəylər