Mədə qıcqırmasını azaldan üsullar

Mədə qıcqırmasını azaldan üsullar

Mədə qıcqırması döş sümüyü arxasında qida borusu boyunca yayılan yanma hissidir. Mədədə doluluq hissi, ağızda turş və ya acı dadla müşayiət olunur, əyildikdə və ya uzandıqda artır. Mədə qıcqırmasının yaranma səbəbi mədə möhtəviyyatının qida borusuna atılması və aqressiv mədə şirəsinin qida borusunun selikli qişasını qıcıqlandırmasıdır.
Səbəblər
Nədə qıcqırması ayaqüstü qidalanma, quru yeməklərin yeyilməsi, qəhvə və tünd çaydan çox istifadə kimi amillərin təsiri nəticəsində kəskinləşir. Hamiləlik, piylənmə, daimi olaraq kəmərin çox sıx bağlanması zamanı isə qarındaxili təzyiqin artması və mədənin üfüqi vəziyyətə gəlməsi qıcqırmaya səbəb olur.
Təhlükə
Mədə qıcqırması sadəcə döş sümüyü arxasında yanma hissi kimi qiymətləndirilə bilməz. Belə ki, mədənin həzm şirələrinin və turşuların daimi olaraq qida borusuna atılması burada eroziyaların, xoraların və hətta qida borusu xərçənginin əmələ gəlməsi ilə nəticələnə bilər. Bundan başqa mədə şirəsinin qıda borusundan udlağa qədər keçməsi öskürəyə və səsin batmasına səbəb olur.
Yanlış
Mədə qıcqırmasını tez aradan qaldırmaq üçün bir çox xəstələr çay sodası məhlulundan istifadə edir. Həqiqətən də soda qısa müddət ərzində mədə şirəsində olan xlorid turşusunu neytrallaşdırır
Soda
Bir çimdik çay sodası 1 stəkan qaydalılmış ilıq suda həll edilir və 5 dəqiqə ərzində qurtumla içilir. Bu üsul daimi istifadə üçün yararlı deyil və bir neçə saat sonra mədə turşuluğunun təkrar artmasına səbəb olur.
Kəcəvər kökü
Kiçik parça kəcəvər kökü çeynənir və udulur, üstündən 1 stəkan su içilir.

Propolis kərə yağı qarışığı ən yaxşı üsullardan biridir.
Bəyazqast çayı iki paket olmaqla 100 ml qaynar suda 20 dəqiqə dəmlənilir və gündə üç dəfə eyni qayda ilə daxilə qəbul edilir. 4 h-6 həftə
Cirə toxumu
Yarım stəkan adi cirə toxumu üyüdülür, üzərinə 1 litr 40 faizli spirt əlavə olunur. 1 ay dəmləndikdən sonra az miqdarda darçın və ya limon qabığı, 300 qram şəkər qatılır. Bir saatdan sonra süzülür və hər yeməkdən sonra 2 xörək qaşığı qəbul olunur.
Ağ tozagacı
Çox güclü mədə qıcqırması zamanı ağ tozağacının quru qanıqları yandırılır və külü yarım çay qaşığından ilıq su ilə içilir.
Mineral su və ya süd
Qıcqırma zamanı yarım stəkan qələvi mineral su və ya ilıq süd kiçik qurtumlarla içildikdə xəstənin vəziyyəti yaxşılaşır.
Bitki qarışığı
Bərabər miqdarda qurudulmuş kəcəvər kökü, boymadərən otu və bağayarpağı qarışdırılır. Yığıntıdan 2 xörək qaşığı 2 stəkan qaynar suda yarım saat dəmlənir, 1/2 stəkandan gündə 2-4 dəfə qəbul edilir.
Qarabaşaq yarması
Qarabaşaq yarması tavada rəngi tündləşənə qədər qovrulur, üyüdülür və ələkdən keçirilir. Gündə 3-4 dəfə yarım qəhvə qaşığı qəbul edilir.
Qızılçətir otu
1-2 çay qaşığı qurudulmuş qızılçətir otu 2 stəkan qaynar suda yarım saat dəmlənir, 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 1 saat qabaq qəbul edilir. Qızılçətirlə müalicə 2 ay müddətində aparılır.
Kartof şirəsi
2 ədəd orta ölçülü kartofun qabığı soyulur, şirəçəkəndən keçirilir, alınan şirə bir dəfəyə içilir. Axşam prosedur təkrar olunur. Şirə hər dəfə təzə sıxılmalıdır. 2-3 həftə sonra mədə qıcqırması keçir, lakin mədənin sekresiyasını tam tənzimləmək üçün müalicəni davam etdirmək olar.
Mumya
0,2 qram mumya 1/4 stəkan suda həll edilir, gündə 2 dəfə, səhər və axşam yatmazdan qabaq qəbul edilir. Mumyanı süd və ya balla da qəbul etmək olar. Müalicə müddəti 25 gün olsa da 10-cu gündən artıq yaxşılaşma hiss olunur.
Qurucaotu ilə qarışıq
Hərəsindən 1 xörək qaşığı dazıotu, boymadərən otu və qurucaotu 1 litr qaynar suda 2 saat dəmlənir, 1/2 stəkandan gündə 4-5 dəfə içilir. Bu qarışıq təkcə qıcqırma zamanı deyi, məhə ağrılarında da yaxşı effekt verir.
Əvəlik
Səhər acqarına bir yarpaq təzə əvəlik yeyilir və ya qurudulmuş əvəlikdən 1 çay qaşığı 1 stəkan suda vam odda 5 dəqiqə bişirilərək qəbul edilir.
Alma sirkəsi
Təbii alma sirkəsi yarıbayarı su ilə qarışdırılır və gündə 2-3 dəfə yeməkdən 5 dəqiqə əvvəl 50 ml (1/4 stəkan) içilir. Bu müalicə 2-3 həftə müddətində aparılır.
Biyan bişirməsi
10 qram xırdalanmış biyan köklərinin üzərinə 2 stəkan su əlavə olunur və yarısı qalana qədər vam odda qaynadılır. Bişirməyə 1 çay qaşığı bal əlavə olunur və 1 ay ərzində gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl qəbul olunur. Hər qəbul üçün təzə bişirmə hazırlanır.
Kətan (zəyərək) toxumları
2 xörək qaşığı kətan toxumunun üzərinə yarım stəkan qaynar su əlavə olunur, ağzı örtülür və dəsmala bükülərək isti yerdə 2 saat dəmlənir. Gündə 2-3 dəfə yeməkdən 1 saat əvvəl ilıq şəkildə içilir. Əgər mədə qıcqırması gecələr narahatlıq verirsə kətam toxumunun dəmləməsi gecə yatmazdan qabaq qəbul olunur.
Noxud
4-5 ədəd təzə və ya suda isladılmış lakin bişirilməmiş noxud yeyildikdə mədə qıcqırması keçir.
Bitki qarışığı
Bərabər miqdarda dəmrovotu, boymadərən otu, aptek çobanyastığı çiçəkləri, dazıotu və biyan kökləri qarışdırlır. Qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 2-3 saat dəmlənir və gündə 2-3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir. Müalicə 1 ay ərzində aparılır.
Südlü balqabaq sıyığı
Balqabaq qabığından soyulur, doğranır və suda əzilənə qədər bişirilir. Hazır olana yaxın sıyığa süd əlavə olunur.
Yerkökü şirəsi
Yarım stəkan qaynadılmış südə 50 ml təzə sıxılmış yerkökü şirəsi əlavə olunur, 2 ay müddətində hər səhər yeməkdən 1 saat əvvəl içilir.

www.fitostore.az