Yaşıl qəhvə
Yaşıl qəhvə dənələri heç də ilk baxışdan göründüyü kimi yarımfabrikat deyil, əksinə istifadəyə tam yararlı olan məhsuldur. Onu termiki işlənmədən keçirmirlər, yəni qovurmurlar. Çəkinin azaldılması və arıqlatmaq xüsusiyyətinə görə son illər çox geniş yayılmışdır. Yaşıl qəhvənin faydalı keyfiyyətləri ilə yanaşı bəzi zərərli xüsusiyyətləri də var. İlk növbədə ondan düzgün istifadə etmək lazımdır.
Tərkibi
Yaşıl qəhvə tərkibində minə yaxın bioloji aktiv maddə saxlayır: multivitamin kompleksi (B qrupu, PP, C, E), mikroelementlər (dəmir, maqnezium, natrium, fosfor, kalium, manqan, selen), antioksidantlar, tokoferollar və hialuron turşusudur. Bütün qəhvə növlərində olduğu kimi, yaşıl qəhvənin tərkibində də az miqdarda kofein var və onun çox hissəsi qəhvə dənələri qovrularkən əmələ gəlir.
Faydaları
Yaşıl qəhvə tonuslandırıcı içkidir və orqanizm üçün faydalı xüsusiyyətləri tərkibindəki bioaktiv maddələrlə əlaqədardır. Məsələn, yaşıl qəhvə dənələrində 7 faizə qədər olan xlorogen turşusu ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin yaranma riskini azaltmaqla bərabər, yağların sürətli parçalanmasını təmin etdiyinə görə arıqlamağa kömək edir. Həmin maddə yüksək temperaturun təsiri nəticəsində parçalandığına görə qara qəhvədə miqdarı çox cüzidir.
Mütəmadi qəbul ediləndə yaşıl qəhvə orqanizmdə yağların mənimsənilməsini ləngidir. Tədqiqatların nəticələri göstərir ki, qara qəhvə 2-3 ay ərzində 14 faiz çəki itkisinə səbəb olursa, yaşıl qəhvə içildikdə həmin rəqəm 46 faizə qədər yüksəlir. Qəhvəni şəkərsiz və südsüz içdikdə onun səmərəsi daha çox olur.
Yaşıl qəhvənin bir sıra faydalı xüsusiyyətləri var:
– maddələr mübadiləsini, xüsusən də su və yağ metabolizmini sürətləndirir;
– antioksidant təsir göstərərək qocalmanı ləngidir;
– beyin qabığının fəaliyyətini fəallaşdırır;
– öd ifrazını yaxşılaşdırır;
– xərçəng riskini azaldır;
– orqanizmi tonuslandırır;
– limfadrenajı stimullaşdırır.
Tərkibində kofeinin miqdarı az olduğuna görə qara qəhvədən istifadə edə bilməyənlər yaşıl qəhvədən istifadə edə bilərlər.
Yaşıl qəhvə dənələrindən alınan yağ regenerasiyaedici, qidalandırıcı və nəmləndirici süsusiyyətlərə malikdir, ondan daha çox kosmetologiyada istifadə olunur. Dərinin elastikliyini artırır, nəmliyini bərpa edir, qırışları azaldır, saç və dırnaqları möhkəmləndirir, sellülit və dəri dartılmaları ilə mübarizədə, həmçinin orqanizmin toksinlərdən təmizlənməsində istifadə olunur.
Tibbdə yaşıl qəhvə yağından yanıq əleyhinə vasitə və dərini ultrabənövşəyi şüalardan qorumaq üçün tətbiq olunur.
Yaşıl qəhvənin zərəri
Tərkibində kofein olduğuna görə artıq miqdarda qəbulu yuxusuzluq, qıcıqlanma, baş ağrısı, narahatlıq, əsəsbilik, təngnəfəslik, ürək döyüntülərinin artması kimi əlamətlərə, mədə və oynaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.
Keyfiyyətli yaşıl qəhvəni necə seçmək olar?
Yaşıl qəhvə dadından zövq almaq üçün yalnız keyfiyyətli məhsuldan istifadə etmək lazımdır. İlk növbədə onun hansı ölkədə istehsal olunduğunu öyrənmək lazımdır. Kolumbiya, Efiopiya, Braziliya, Keniya, Qvatemala və Hindistanda il ərzində günəşli günlərin sayı çox olduğundan həmin ölkələrdə yetişdirilən qəhvə daha yumşaq dadlı və keyfiyyətli olur. Daha bir vacib məsələ məhsulun görünüşü və qoxusudur. Qovrulmamaış qəhvə dənələri təxminən eyni ölçüdə, iri, qabıqsız və qarışıqsız olmalıdır. Başqa qarışıqların və bozumtul rəngli dənələrin olması onun köhnəliyinə dəlalət edir və onları ağıza qoyanda tozlu dad hiss edilir. Yaxından baxanda dənələrin səthində az miqdarda çatların olması mümkündür, lakin dəliklər və tozun olması qəhvəyə həşəratların düşməsini göstərir. Keyfiyyətli qəhvə dənələri fısdıq rəngində, yəni yaşımtıl-sarı və ya yaşımtıl-qəhvəyi olmalıdır.
Yaşıl qəhvə günəş şüalarının və yüksək temperaturun təsirindən, həmçinin uzun müddət saxlandıqda da keyfiyyətini itirir.

Rəylər