Qurd xəstəlikləri

Qurd xəstəlikləri

Digər yoluxucu xəstəliklər kimi qurd xəstəlikləri də artmaqdadır və doğrudanmı digər parazit qurdların adı hallanmadığı halda ancaq iki-üç qurd xəstəliyi bu qədər vüsət alıb? Əvvələr də uşaqlarda qurd xəstəliklərinə rast gəlinir və bir dəfə müalicə olunmaqla ondan qurtulmaq olurdu. Son vaxtlar isə ildə bir neçə dəfə müalicə almaq lazım gəlir.
Qurdların inkişafını təmin edən qidalar və sevdiyi şərait var. Ona görə də helmintlərdən birdəfəlik yaxa qurtarmaq üçün onların sevdiyi şəraiti orqanizmdə yaratmamaq lazımdır. Hətta bu barədə məşhur alim Bauman da deyib: “Əsas qurd deyil, qurd üçün yaradılan şəraitdir”. İndi elmi-texniki tərəqqi nəticəsində daha rahat müalicə üsulları yaradılsa da, qurd xəstəlikləri günbəgün artır. İş o yerə çatıb ki, bəzən səbəbi helmintoz olmayan əlaməti də qurdun yaratdığı iddia edilir. Xəstənin dərisi avazıyır, rəngi qaçır, narahat olur, saçı tökülür, öskürür və s. aidiyyəti olmayan həmin əlamətlər qurd xəstəliklərinin ayağına yazılır.
Azərbaycan qurd xəstəliklərinin geniş yayıldığı məkan deyil. Qurdun əlamətlərinə gəldikdə kiminsə hansısa üzvündə problem varsa, qurd parazit olaraq şərikli fəaliyyət göstərdiyi üçün həmin problemi ağırlaşdırır – saç tökülürsə onu artırır, bağırsaq problemi varsa sürətləndirir, əlavə olaraq arıqladır, ağızdan qoxu gəlir, qəbizlik və ya ishal törədir, hemoqlobini salır, halsızlıq, iştahsızlıq və yorğunluq yaradır. Bəzən bağırsaqlarda helmintlər olsa da həmin əlamətlərə rast gəlinmir, çünki xroniki vəziyyətə keçəndən sonra, yəni qurd orqanizmlə “dostlaşandan” sonra daha əlamətlərini büruzə vermir.
Bəs bunu nə vaxt və necə aşkar etmək olar?
Orqanizmdə əmələ gələn hər hansı xəstəlik gec sağalır və ya sağalmırsa, ilk növbədə həmin xroniki prosesi yaradan qurd invaziyası, infeksion xəstəlik və ya göbələkdən şübhələnmək lazımdır. Ən çox rast gəlinən parazitlər – askarid, bizquyruq, tükbaş qurd, giardia lyambliya, it askaridi, blastosistlər, enli lentcə, exinokkok, öküz soliteridir ki, bəzən ona el arasında “kəpənək qurdu” da deyilir. İxtisasca parazitoloq olan bir həkimin dediyi kimi, Afrika və Asiya qitəsinin bir çox ölkələrində həmin parazitlərin on cür forması var, amma həmin regionlarda bu qədər həyəcan yaradacaq şüarlar səslənmir və qurda qarşı müalicə dəb halını almır.
Qurd xəstəlikləri düzgün müalicə ediləndən sonra xəstə sağalır. Profilaktik müalicə üsullarına keçməzdən əvvəl müayinə ilə bağırsaq qurdlarını aşkar etmək lazımdır, müayinə edib diaqnoz qoymazdan əvvəl hansısa üsullar axtarmağa və əbəs yerə xərc çəkməyə dəyməz. Bağırsaq qurdlarının düzgün müayinə edilməsi üçün ilk növbədə nəcisin laborator analizi aparılmalıdır. Əksər infeksion xəstəliklər kimi qurd xəstəliklərini keçirənlərdə immun yaddaş formalaşır. Bunun göstəricisi qanda yoxlanılan İgG-dir. Əslində qanın ümumi analizində eozinofillərin miqdarının yüksək olması da qurd xəstəliyinin diaqnostikasına kömək edir. Digər xəstəliklərin gec sağalması və allergiyaya meyillik kimi əlamətlər də helmintoz haqda düşünməyə əsas verir. Amma kəskin mərhələdə diaqnoz üçün nəcis və qanda İgM təyin olunur. Bizquyruq qurda yoluxma zamanı isə təşhis üçün isə sellofan bant üsulu tətbiq edilir ki, bu da bütün laboratoriyalarda aparıla bilir. Bəzən orqanizmdə bir neçə qurd xəstəliyi olur və bu zaman təmkinlə onların hamısının təmizlənməsinə uyğun istiqamət seçmək lazımdır.
QURD xəstəliklərinin düzgün təyini üçün Apifitoterapiya mərkəzinə müraciət edə bilərsiniz.
Müalicə zamanı əvvəlcə orqanizmi hazırlamaq və möhkəmləndirmək lazımdır, əks-təqdirdə 5-6 preparatın birdən qəbulu immuniteti zəiflədə bilər. Xalq təbabəti bu məqsədlə bir neçə üsul təklif edir:
RESEPTLƏR
• 10 qram adi dağtərxunu, 5 qram acı yovşan, 5 qram qozağacı tumurcuğu, 5 qram pişikotu, 5 qram işlədici murdarça meyvəsi 300 ml qaynar suda dəmlənib gündə üç dəfə yeməkdən sonra 100 ml qəbul edilir.
• 300 qr təmizlənmiş balqabaq tumları əzilir, alınan sıyıq bankaya tökülür, üzərinə 1\4 stəkan su və 100 qr bal əlavə edilərək qarışdırılır, səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman qəbul edilir.
• 50 qram çörəkotu toxumu, 80 qram andız kökü, 100 qr balqabaq toxumu və 10 qr mixək toz halına salınıb 500 qr bala qarışdırılır, xəstənin yaşından asılı olaraq 1 çay qaşığı və ya 1 xörək qaşığı yeyilir.