Rodiola bitkisi
Dördbölümlü rodiola Altay dağlarının qayalı yamaclarında bitən nadir dərman bitkisidir və dünyanın heç bir yerində həmin bitkiyə rast gəlinmir. Boyu cəmi 15 santimetr olan çoxillik ikievli bitki torpağın dərin qatlarından suyu çəkə bilən qalın və uzun mil kök sisteminə, üzəri yarpaqlarla sıx örtülü qırmızımtıl zoğlara malikdir. Xırda yaşıl yarpaqları o qədər sıx yerləşir ki, xalq arasında bitkiyə “qırmızı fırça” adı verilib.
Tərkibi aşı maddələri, antraqlikozidlər, efir yağı, üzvi turşular, şəkər, yağ, zülal, sterin, fenol birləşmələri, flavonoidlər, manqan, sink, mum, xrom, kobalt, mis, gümüş, molibden kimi kimyəvi birləşmələr və minerallarla zəngindir. Dordbölümlü rodiolaya qırmızı rəng verən onun tərkibində olan antosianlar və betainlərdir.
Bitkinin kişi və qadınların cinsi sferasına təsiri unikaldır. Müasir ekoloji şərait və stress faktorunun orqanizmə təsirini nəzərə alsaq, dördbölümlü rodiolanın xəstəliklərin səbəbinə təsir etmə gücü əvəzolunmazdır. Təbii fitohormonlarla zəngin olduğundan ümumilikdə orqanizmin hormonal balansını tənzimləmək xüsusiyyətinə malikdir. Daha çox oliqospermiya və potensiyanın zəifləməsi, qadın və kişi sonsuzluğu, menstrual siklin pozulması, endometrioz, adneksit, klimaks, mastopatiya, yumurtalıqların polikistozu, hipotireoz kimi patologiyaların müalicəsində istifadə olunan bitki fiziki və zehni qabiliyyəti də yaxşılaşdırır. Dördbölümlü rodiola orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır, təcrübədə onun sınıqların sağalmasını sürətləndirmək xüsusiyyəti də sübut olunub.
Dəmləmə və spirtli cövhəri disvaginoz, kandidoz, qardnerellyoz, ureoplazmoz kimi cinsi infeksiyalarda iltihabı və diskomfortu azaltmaq, vaginal mikrofloranı bərpa etmək üçün şırınqa şəklində istifadə olunur.
Bitkinin geniş spektrli təsirinin əsas səbəbkarı olan salidrozid qlikozidi orqanizmin onkoprotektor, iltihab əleyhinə, antibakterial və adaptogen qabiliyyətini fəallaşdırır. Xalq təbabəti rodiolanın bu növünü həm də cavanlaşdırıcı vasitə kimi tövsiyə edir. Kimyəvi elementlərin dövri cədvəlinin az qala yarısını özündə cəmləyən bitki mövsümi depressiya, xroniki yorğunluq və avitaminoz kimi xəstəliklərin müalicəsində tətbiq olunur.
Bir faktı qeyd etmək lazımdır ki, dördbölümlü rodiola normal miqdarada və düzgün qəbul ediləndə əlavə təsirləri olmur və alışqanlıq halı yaratmır.
Yüksək arterial təzyiq, qızdırma, psixi oyanıqlıq zamanı dördbölümlü rodiolanın istifadəsi əks göstərişdir. Bitkinin normadan yüksək miqdarda qəbulu yuxululuq və tormozlanma törədə bilər. Həmçinin hormonal dərman preparatları ilə birlikdə qəbul edilməsi də yolverilməzdir.
Müalicə məqsədi ilə bitkinin kökləri dəmləmə, bişirmə və cövhər şəklində istifadə olunur.
• Reseptlər
Köklərin bişirməsi
1 xörək qaşığı qurudulub xırdalanmış dördbölümlü radiola kökləri 1,5 stəkan suda 15 dəqiq qapağı bağlı halda qaynadılır, ocaqdan götürüləndən sonra 1-2 saat dəmlənir. Gündə 3 dəfə yeməkdən əvvəl 1/3 stəkan qəbul olunur. Bişirməni balla da içmək olar.
Müalicə kursu 45 gündür.
Spirtli cövhər
50 qram xırdalanmış quru köklər üzərinə yarım litr 40 faizli spirt əlavə olunur, arada çalxalamaq şərtilə 1 ay qaranlıqda saxlanır. Süzüləndə şərab rəngli, kəskin və xoşagələn ətirli spirtli çıxarış alınır. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 30-40 damcı qəbul edilir. Müalicə cövhər bitənə qədər – təxminən 1 ay aparılır, 2 həftəlik fasilədən sonra təkrar olunur.
Şırınqa üçün məhlul
1 çay qaşığı spirtli cövhər və ya 1 stəkan bişirmə yarım litr qaynadılmış su ilə qarışdırılır, səhər və axşam uşaqlıq yolu yuyulur. Müalicə aybaşıdan sonra 7 gün aparılır.
“Cavanlıq eliksiri”
Bərabər miqdarda dördbölümlü rodiola, çəhrayı rodiola, araliya, cır Çin limonu, exinopanaks və maral kökü bitkiləri termosda 6-8 saat dəmlənir və gün ərzində qəbul edilir.

Rəylər