Soğan

Soğan

Hələ qədim zamanlarda soğan həm ərzaq məhsulu, həm də dərman vasitəsi kimi istifadə olunurdu. Onu insana enerji, güc və cəsarət verən tərəvəz kimi döyüşçülərin qidasına əlavə edirdilər. soğanın qoxusunun belə xəstəlikləri qovmaq xüsusiyyətinə malik olduğu inancı vardı. Bir sıra xəstəliklərin müalicəsində soğanı tətbiq edən böyük loğman İbn Sina onun haqqında yazmışdır: “Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir.”
Müasir tibb bu tərəvəzin faydalı təsirlərinin səbəbini aşkar edə bilirb. Soğanın təsir xüsusiyyətlərinin əksər hissəsi onun tərkibində olan fitonsidlərlə əlaqədardır. Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsir göstərir. Tərkibi kalium, kalsium, maqnezium və dəmir kimi minerallarla zəngindir.
Soğanın təzadlı təsir xüsusiyyətləri var: az yeyiləndə salatların içində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır. Az yeyəndə iştaha gətirir, çox yeyiləndə iştahkəsici təsir göstərir. Onun daha bir xüsusiyyəti damar mənfəzini genişləndirməsidir. Kapilyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalı təsir edir, bütün dəri xəstəliklərinə şəfavericidir. Qidasında ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur. Sağalmayan və ya gec sağalan furunkul və çibanlar zamanı bişmiş soğanım çiban nahiyəsinə qoyulması və yeyilməsi tövsiyə edilir. Onun tərkibində olan antibakterial maddələr furunkulun sağalmasını sürətləndirir və yenidən əmələ gəlməsinin qarşısını alır.
Bronxial astma xəstələrinin soğan yeməsi bronxların genişlənməsinə və tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır, Soğanın cinsi istəyi artırmaq xüsusiyyəti də var. Qadınlarda aybaşı pozulmaları və sonsuzluq zamanı soğan dəmləməsi hazırlamaq olar: 5-6 ədəd orta ölçülü soğan doğranır, 1 litr qaynar suda 10 dəqiqə dəmlənir, süzülür və gün ərzində qəbul edilir. Sonsuzluğun müalicəsi zamanı 3 ay içəndən sonra 15 gün fasilə verib təkrar etmək olar. Soğanın tərkibində olan C vitamini və qlükokinin maddəsi qanda şəkərin miqdarını aşağı salır. Ona görə də şəkərli diabet xəstələri soğandan bol-bol istifadə edə bilər.
Ağ soğan müalicə üçün istifadə edilənin ən yaxşısıdır. Qrip, haymorit və frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülür. 1 ədəd əzilmiş soğan yarım çay qaşığı soda ilə qarışdırılıb saç diblərinə sürüləndə yatmış folikulların oyanmasına və yeni saçların çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olanda gündə iki dəfə soğan suyu tökmək məsləhətdir. Angina və faringitlərdə 50 qram soğan suyu ilə 100 qram bal bir-birinə qarışdırılaraq gündə 3 xörək qaşığı kiçik qurtumlarla içilməsi xəstəliyin sağalmasını sürətləndirir. Quru göz sindromunda və ya kompüterlə sürəkli iş zamanı gözlərin quruması baş verəndə gözə 2 damcı soğan suyu tökülür.
Kökəlmək və çəki artırmaq üçün kərə yağında qızardılmış soğan yemək tövsiyə olunur. Dəridə ağ ləkələr, ziyillər və saçda saçqıran olanda soğan toxumu üyüdülərək toz formasına salınır, Fitooil Qara zirə yağı ilə qarışdırılır, saçların dibləri masaj edilir, dəridəki ağ nöqtələr və ziyillərə sürtülür. Üz dərisindəki səpgiləri sağaltmaq üçün dərini gündə iki dəfə soğan suyu ilə silmək lazımdır.
Artroz, artrit və oynaq ağrıları zamanı soğan ətçəkən maşından keçirilir, oynağın üstünə qoyularaq pampıq parça ilə bağlanır. 1 saatdan sonra təpitmə yenisi ilə əvəz olunur. Ağrılar keçənə qədər prosedur davam etdirilir. Soğan prostat vəzin qan dövranını yaxşılaşdırdığına görə prostatitə tutulma ehtimalını azaldır.
Əl və ayaq dərisinin göbələk zədələnməsində 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqə qaynadılır, soyudulur, əl və ya ayaqlar gündə yarım saat bişirmənin içində saxlanır. Müalicənin 2 həftə aparılması sağalmaya səbəb olur.
Kiçik ölçülü böyrək daşlarını tökmək və onların yenidən əmələ gəlməsinin qarşısını almaq üçün soğandan istifadə edilir. Koronar damarlarda mikrosirkulyasiyanı yaxşılaşdırdığına görə ürəyin işemik xəstəliklərində faydalıdır. Antimikrob və qurdqovucu xüsusiyyətləri olduğuna görə revmatizmdə və bağırsaq helmintozlarında müalicə məqsədi ilə yeyilməsi məsləhətdir. Soğanın təzyiqsalıcı və antixolesterin təsirləri onu hipertoniyalı xəstələr üçün faydalı edir.
Dəridəki irinli yaraların müalicəsi zamanı közdə bişmiş soğan yara üzərinə qoyularaq bağlanılır. Dəriyə tikan və ya hər hansı bir yad cismin batması zamanı soğan közün üstundə bişirilərək ortadan kəsilir, dərinin zədəli nahiyəsi zeytun yağı ilə yağlanıb üstünə bişmiş soğan qoyulur. Ağız boşluğunun iltihabı - stomatitləri sağaltmaq üçün soğan çeynənir və udulmadan ağızda uzun müddət saxlanır. Onun tərkibində kalium, kalsium, dəmir və mis kimi minerallar bol olduğuna görə osteoporoz - sümük əriməsi xəstəliyinin müalicəsində əvəzolunmazdır.
Həm tibbi, həm də dini baxımından çox miqdarda, məsələn, birdəfəyə 2-3 ədəd soğan yemək zərərli hesab edilir. Kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməli və yalnız bişmiş halda istifadə edilməlidir.
• RESEPTLƏR
Otit
Qulaq ağrıları və otit zamanı soğan sürtgəcdən keçirilir, suyu sıxılır, kiçik pambıq parçasına hopdurularaq qulağa qoyulur.
Öskürək
1 ədəd xırda doğranmış soğana 2 xörək qaşığı təbii bal əlavə olunur, 3 saat saxlanandan sonra 2 saat fasilə ilə 1 xörək qaşığı qəbul edilir. Öskürək zamanı tənzif parçası isidilmiş soğan suyunda isladılır, sinəyə islatma qoyulur, üzəri sellofan və isti parça ilə örtülür.
Qızdırma
Bir neçə baş soğan xırda doğranır, bitki yağında qızardılır, kağız paketə tökülür və sinə nahiyəsinə təpitmə qoyulur.
Əzilmələr
Əzilmə və burxulma zamanı soğan sürtgəcdən keçirilir, tənzifə bükülür və zədəli hissəyə təpitmə qoyulur.
Bağırsaq pozulmaları, ishal və disbakterioz zamanı baş soğan ortadan bölünür, təzə dəmlənmiş yaşıl çayla dolu fincana atılır. 15 dəqiqə dəmlənəndən sonra içilir.
İmmun zəiflikdə
150 qram xırda doğranmış soğan və 100 qram bal 1 litrlik şüşə bankaya qoyulur, üzərinə banka dolana qədər şərab əlavə olunur. İki həftə dəmlənəndən sonra gündə iki dəfə 1 xörək qaşığı içilir.
Zökəm
Soğan sürtgəcdən keçirilir, yarıbayarı Küncüt yağı ilə qarışdırılır, bir gecə dəmlənəndən sonra süzülür və buruna damcıladılır.
Yaşıl soğanlı dürmək
5 yumurta qaynadılır, qabığı soyularaq xırda doğranır, 1 dəstə doğranmış yaşıl soğan və 2 xörək qaşığı xama ilə qarışdırılır, zövqə görə duz və istiot əlavə olunur. alınan içlik nazik lavaşın arasına qoyulur, dürmək şəklində bükülür, üzərinə yumurta çəkilir və sobada çəhrayı rəng alana qədər bişirilir.
Soğanlı baget
1 çay qaşığı maya, yarım çay qaşığı şəkər tozu və 1 stəkan su qarışdırılır, isti yerə qoyulur. İki ədəd soğan xırda doğranır, 2 xörək qaşığı yağda qızardılır və maya ilə qarışdırılır. 2,5 stəkan un və zövqə görə duz əlavə olunaraq xəmir yoğrulur, isti yerdə 1-2 saat saxlanır. Xəmir gəldikdən sonra uzunsov formaya və ya hörük şəklinə salınır, isidilmiş sobada çəhrayı qabıq əmələ gələnə qədər maksimum yarım saat bişirilir.