Kələm pəhrizi

Kələm pəhrizi

Soyuq günlərin sevimli xörəyi olan kələm şorbasının pəhriz xüsusiyyətləri də var. Onun sayəsində orqanizm zərərli maddələrdən təmizlənir, yağlar parçalanır. Şorba bir növ pəhrizin əsas xörəyi hesab olunur. Qışda da sürətlə arıqlamaq üçün mükəmməl pəhriz hesab edilən kələm şorbası artıq piylərdən xilas olmağa kömək edir. Pəhrizə dəqiq və düzgün əməl edildikdə həftədə bir neçə kiloqram çəki itirmək mümkündür. Həftə ərzində daha çox çəki itirəndə pəhrizə 2 gün fasilə vermək lazımdır, sonra yenidən rejimi davam etdirmək olar. Pəhriz saxlamayanda şorba içmək məsləhət deyil. 
Kələm şorbası pəhrizi zamanı çoxlu su içilməsi vacibdir, çünki orqanizm sürətlə su itirir. Pəhriz zamanı kifayət qədər su qəbul edilmədikdə halsızlıq yaranır.
Kələm şorbası
Lazım olan ərzaqlar:
1 ortaboy kələm
6 böyük soğan
1-2 pomidor
2 yaşıl bibər
1 dəstə cəfəri
Hazırlanma qaydası:
Tərəvəzlər xırda-xırda doğranandan sonra qazana tökülür, üstü örtülənə qədər su və ya ət bulyonu əlavə edilir. Duz, bibər və ədviyyatlardan istifadə etmək olar. 10 dəqiqə yüksək ocaqda qaynadıqdan sonra tərəvəzlər yumşalana qədər vam odda bişirilir. Şorbanı hər dəfə acanda iştaha çəkən qədər yemək olar.
Kələm pəhrizi monopəhrizlərə aid edilməsə də şorbanın uzun müddət orqanizmdə qida maddələrinin disbalansına səbəb ola bilər. Bu səbəbdən də kələm şorbasının arada bir başqa yüngül yeməklərlə birlikdə yeyilməsi məsləhətdir.
Pəhriz rejimi:
1-cu gün: şorba və meyvə günü.
Banandan başqa bütün meyvələrdən yemək olar. Nəzərə almaq lazımdır ki, qovun və qarpız daha kalorilidir.
Dadlandırıcısız çay, qəhvə və bol su içmək lazımdır. Çay və qəhvəyə qətiyyən süd və şəkər əlavə etmək olmaz.
2-ci gün: şorba və tərəvəz günü
Şorbanın yanında hər cür tərəvəz yemək olar. Çiy, qaynadılmış və ya konservləşdirilmiş tərəvəzlər, xüsusilə göyərtilər yemək daha faydalıdır. Quru paxla, noxud və qarğıdalıdan uzaq olmaq lazımdır. Axşam yeməyinə kərə yağlı, qaynadılmış və ya bişmiş kartof hazırlamaq olar. Həmin gün heç bir meyvə yeyilmir.
3-cü gün: şorba, meyvə və tərəvəz günü
İştaha çəkən qədər şorba, meyvə və tərəvəz yemək olar. Üç gün ərzində pəhrizə tam və düzgün əməl edilsə 2,5 - 3 kiloqram çəki itirmək mümkündür.
4-cü gün: şorba, meyvə və tərəvəz günü (banan və yağsız süd daxil olmaqla)
Banan və yağsız süd qəbul etməyə icazə verilir. Şorbayla birlikdə ən çox 2 banan və istənilən qədər yağsız süd içmək olar.
Banan və süd orqanizmi karbonhidratla təmin edir. Şirniyyata tələbatı azaltmaq üçün zülala, kalium və kalsiuma ehtiyac olacaq. Çoxlu şorba, meyvə və tərəvəz yemək olar. 2 banandan çox yeyilməsi məsləhət deyil.
5-ci gün: ət, pomidor və şorba günü
Mal əti yemək olar. Gün boyu 300-600 qram ət və iştaha çəkən qədər pomidor yeməyə icazə verilir. 6-8 stəkan su içmək, yalnız bir dəfə şorba yemək lazımdır.
6-cı gün: ət, yaşıl yarpaqlı tərəvəzlər və şorba günü
İştaha çəkən qədər ət və tərəvəz yeməyə icazə verilir. Gün ərzində cəmi bir dəfə şorba yeyilir, kartofdan isə ümumiyyətlə istifadə edilmir. 
7-ci gün: kəpəkli düyü, meyvə suyu, tərəvəz və şorba günü
Kəpəkli düyü, təzə sıxılmış meyvə suları və istənilən qədər tərəvəz yeməyə icazə verilir. Düyünü şorbaya qatmaq və ya tərəvəzlə qarışdırmaq olar.
Pəhriz günləri üçün qaydalar:
–İcazə verilən gün mütləq ət yeyilməlidir, çünki orqanizmdə zülala yüksək tələbat yaranır.
– Pəhriz zamanı qazlı içkilər və mineral su içmək qəti qadağandır.
– Pəhriz saxlanan günlərdə çoxlu adi su içilir.
– Yağsız süd yalnız icazə verilən gün içilməlidir. Normal pəhriz günlərində çay və ya qəhvəyə süd qatmaq qadağandır.
– Yaşıl yarpaqlı tərəvəzlər – ispanaq, brokkoli və s. qəbul etmək daha faydalıdır.
– Pəhriz zamanı qreypfurt yeməyə icazə verilir.
– Kartof günündə onun üzərinə doğranmış soğan, pomidor, kərə yağı, istiot və duz əlavə etmək olar.

Rəylər

Oxşar məqalələr

Yemişli pəhriz

Yemişli pəhriz

Qan qrupuna görə

Qan qrupuna görə

Köp zamanı (meteorizm)

Köp zamanı (meteorizm)

Allergiya zamanı

Allergiya zamanı

Qəbizlik zamanı

Qəbizlik zamanı

Arıqlamaq üçün

Arıqlamaq üçün