Pankreatit zamanı (mədəaltı vəz xəstəliyi)

Pankreatit zamanı (mədəaltı vəz xəstəliyi)

Tutmalardan 3 gün sonra ac qalmaq lazımdır – yalnız mineral su, itburnu dəmləməsi və şəkərsiz açıq çay içmək olar. Aclıq edəndən sonra yalnız buxarda bişmiş və ya qaynadılmış qidalar (ət kotleti, sufle), sıyıqlar (yulaf, qarabaşaq), zülal omleti, təzə kəsmik, bişmiş alma, yarmalı şorbalar, suxarı yemək məsləhətdir. Sonralar boyat buğda çörəyi, mayasız peçenye, qaynadılmış yağsız ət, turş olmayan kəsmik və kefir, yağsız pendir növləri də əlavə oluna bilər. Tədricən səhər yeməyinə süzgəcdən keçirilmiş tərəvəzlər (kartof, kök, balqabaq, çuğundur) daxil edin; kərə yağı (sutkada 30 qramdan çox olmamaq şərti ilə), bitki yağı (15 qramdan çox olmamaq şərti ilə). Daha yaxşı olar ki, hazır xörəyə əlavə edilsin. Gün ərzində qida qəbulunu azı 5 dəfəyə bölüşdürün.
Yadda saxlayın :
Hər zaman, xüsusilə müalicə dövründə, tutmadan 1 ay sonra aşağıdakılar qadağandır:
İstənilən yağlı yeməklər, bulyonlar (ət, göbələk, balıq), ətin və balığın yağlı növləri (qoyun əti, qaz, ördək, nərə, qızıl balıq, karp), hisə verilmiş balıq və balıq kürüsü, istənilən formada göbələk, turşuyyat, ədviyyat, şokolad, tünd çay, kofe, çiy tərəvəzlər (ağbaş kələm, turşəng, şomu, kahı, turp, noxud, lobya), meyvələrdən – xurma, ananas, sitrus bitkiləri, alkoqollu içkilər, qazlı sular, çovdar çörəyi, mayalı un və qənnadı məmulatları.
Xroniki pankreatitin ağırlaşması zamanı dietoloqların təklif etdiyi təxmini menyu:
1-ci səhər yeməyi – zülal omleti, şəkərsiz düyü sıyığı, çay;
2-ci səhər yeməyi – təzə hazırlanmış kəsmik, kefir, qabığı soyulmuş təzə alma;
Nahar – 1\2 boşqab tərəvəz şorbası, buxarda bişmiş ət kotleti, yerkökü püresi, meyvə şirəsindən kisel;
2-ci nahar yeməyi – itburnu dəmləməsi, suxarı və ya buğda çörəyi;
Şam yeməyi – yağsız qaynadılmış balıq və kartof, yaxud şəkərsiz südlü yulaf sıyığı, çay.
Aşağıdakı dəmləmələrlə iltihabı aradan qaldırmaq olar:
1x.q solmazçiçək bitkisi çiçəkləri üzərinə 1 stəkan su tökülür, qarışdırılaraq 30 dəqiqə qaynadılır. 2 saat saxlanılır, süzülür, gündə 3 dəfə 1\3, 1\2 stəkan yeməkdən əvvəl ilıq halda qəbul edilir. Kurs müalicə 2 aydır. 
1 x.q acı yovşan otu üzərinə 1 stəkan su tökülür, 5 dəqiqə qaynadılır, 45 dəqiqə saxlanılır, süzülür, 3x.q yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir. Gündə 3 dəfə 2 ay ərzində içmək məsləhət görülür.
Murdarça qabıqları və gicitkan yarpaqları - hərəsindən 3x.q, 2x.q nanə yarpaqları, 1 x.q kəcəvər və pişikotu götürülür, 1x.q alınan qarışıqdan üzərinə 1 stəkan su tökülür, qaynadılır, 2 saat saxlanılır, süzülür, 1\2 stəkan səhər və axşam içilir. Müalicə kursu 3 həftədir. 
Əgər kəskinləşmələr nadir hallarda olarsa, fitoyığıntı müalicəsi ildə 2 dəfə 1 aylıq kursla (oktyabrda və apreldə) aparılmalıdır. Xəstəliyin tutmaları tez-tez olduqda isə müalicənin 2 il müddətinə 2 aylıq kursla, 2 həftəlik fasilə olmaqla aparılması səmərə verir.

Rəylər

Oxşar məqalələr

Yemişli pəhriz

Yemişli pəhriz

Qan qrupuna görə

Qan qrupuna görə

Köp zamanı (meteorizm)

Köp zamanı (meteorizm)

Allergiya zamanı

Allergiya zamanı

Qəbizlik zamanı

Qəbizlik zamanı

Arıqlamaq üçün

Arıqlamaq üçün

Qanazlığı zamanı pəhriz

Qanazlığı zamanı pəhriz