Qan qrupuna görə

Qan qrupuna görə

İnsanın qan qrupu onun xasiyyəti, daxili alemi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. Son vaxt psixoloq və hematoloqlar temperamentin qan qrupundan birbaşa asılıolduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Mütəxəssislərin fikrincə, qan xarakterə, davranışa və hətta hisslərə təsir göstərir. Qan qrupları ilə əlaqədar olan araşdırmalar daha çox yapon alimlərinə məxsusdur. Hələ 1931-ci ildə yapon alimi Furukava Takeşi qan qrupu fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponlar bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyar olanı “qan qrupun hansıdır?” sualdır. Onların fikrincə, qan qrupu insan xarekterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.
Lakin təkcə xarakter və fərdi keyfiyyətlər deyil, insanın qida rejimini də qan qrupu ilə bu və ya digər şəkildə əlaqədardır. Dietoloqlar hətta pəhriz saxlayarkən də qan qrupunu əsas götürürlər.
Ayrı-ayrı qan qrupları üçün pəhrizlər
I qrupu
Bu qədim qan qrupupunun tarixi insanların ətlə qidalandıqları vaxta gedib çıxır. I qan qrupuna aid olan insanları həkimlər ovçu adlandırırlar. Onlar asanlıqla arıqlaya bilərlər. Pəhrizlə yanaşı fiziki aktivlik böyük rol oynayır. I qan qrupuna aid olanlarda həzm prosesi yaxşı gedir, amma yeməklər kəskin dəyişikliklər onlara pis təsir edir.
Menyu: Brokolli kələmi, ispanaq, qırmızı soğan, qırmızı bibər, daş kələm, qabaq, cəfəri, kəvər, zeytun, bostan kələmi, mal əti, quzu əti, dana əti, balıq və dəniz məhsulları, yodlaşdırılmış duz və qaraciyər. Həmin qidalarlagündə 3-5 dəfə qidalanmaq olar.Конец формBUBbbuhkjnılkm.şç
Yemək olmaz! Un məhsulları, süd, mərci, yerfındığı yağı, lobya, qırmızı, bryusella və gül kələmi və şampinyon
Fiziki hərəkətlər: Aerobika, qaçış, gimnastika, velosipeddə gəzmək...

Səhər yeməyi
Alma cemi ilə 1 dilim quru çörək, ilıq bişmiş yumurta, 1 stəkan ananas şirəsi
Nahar
Yaşıl üzümlə qaynadılmış toyuq filesi, qoz, yoqurt
Qəlyanaltı
Qaynadılmış düyü, 1 stəkan meyvə şirəsi
Şam yeməyi
250 qram balıq, qaynadılmış brokkoli kələmi və yaşıl çay

II qrup
Heyvan qıtlığı başlayandan sonra insanlar acından ölməmək üçün başqa yemək növləri axtarmağa başladılar və bu qan qrupunun yaranması da həmin vaxta təsadüf edir.
II qan qrupdan olanlar ilk vegetaryianlar adlandırılır. Onların əsas pəhriz növü də vegetariansayağı olmalıdır. Əsasən təzə tərəvəzlər və meyvələrə üstünlük verilməlidir.
Menyu: Balıq, tərəvəz (şampinyon, kələm və badimcandan başqa), meyvələr (banan, mandarin, yemişdən başqa) yemək olar. Gün ərzində 3-5 dəfə qida qəbul etmək lazımdır.
Yemək olmaz! Ət, pendir, çörək.
Fiziki hərəkətlər: Yoqa, qolf, tez-tez piyada gəzmək, üzgüçülük, aerobika.

Səhər yeməyi
Südlə qarışdırılmış 4 qaşıq qarğıdalı xlopyaları, meyvə və meyvəli çay
Nahar
Kahı, qırmızı soğan, kərəviz, xiyar, təzə nanə, sous və limon şirəsi, 1 hissə quru çörək, yaşıl çay
Şam yeməyi
150-200 qram balıq, 1 dilim çovdar çörəyi




III qrup
Bu qan qrup insanları köçəri həyat tərzi keçirməyə başladıqları vaxtdan əmələ gəlib. Həzm prosesində heç bir problem olmadığından onlar hər bir dəyişikliyə asanlıqla qəbul edirlər. III qan qrupuna aid olanlar süd məhsullarına üstünlük vermələri məsləhət görülür. Çox nadir hallarda onlarda artıq çəki problemi olur, amma çox kalorili yeməklərdən uzaq olmaları məsləhətdir.
Menyu: Kök, bryusella kələmi, gül kələmi, qırmızı bibər, şəkər çuğunduru, badımcan, quş əti, qarciyər, dəniz və süd məhsulları.
Yemək olmaz! Toyuq əti, qoz, mərci, qabaq, zeytun, kakos, buğda unundan bişmiş məhsullar, revend.
Fiziki aktivlik: Aerobika, tenis, piyada gəzmək, velosiped sürmək, üzgüçülük, qaçış.

Səhər yeməyi
Süddə bişmiş 3 qaşıq düyü, ilıq bişmış yumurta, yaşıl çay.
Nahar
Soyutma ət, kahı, meyvəli çay və ya kofe.
Qəlyanaltı
Meyvəli yoqurt
Şam yeməyi
50 qram balıq, yoqurt.

IV qan qrupu üçün arıqlama metodu
Alimlərin “ tapmaca” adlandırdıqları ən cavan qan qrupu olan IV qan qruppunun əmələ gəlməsini müxtəlif qan qrupuna məxsus insanların birləşməsi ilə əlaqələndirirlər. Həzm sistemləri çox həssasdır. Bu qrupdan olan insanlara daha çox tərəvəzli pəhriz məsləhət görülür.
Menyu: lobya, yaşıl tərəvəzlər, quş əti, yoqurt, pendir, makaron, balıq, ananas,
Yemək olmaz! Donuz əti, kərə yağı, süd, qırmızı bibər, turp, banan, armud, buğda unundan hazırlanmış məhsullar.
Fiziki hərəkətlər: Yoqa, velosiped sürmək, tez-tez piyada yerimək.

Səhər yeməyi
Bir stəkan su ilə qarışdırılmış limon şirəsi, 2 dilim quru çörək, kofe və ya bitki çayı.
Nahar
Qızardılmış hind quşu filesi, qaynadılmış gül kələmi və yaşıl çay.
Qəlyanaltı
Az kalorili meyvəli yoqurt
Şam yeməyi
Qaynadılmış balıq, sarımısaqlı təbii yoqurtdan hazırlanmış sous.


Rəylər

Oxşar məqalələr

Yemişli pəhriz

Yemişli pəhriz

Köp zamanı (meteorizm)

Köp zamanı (meteorizm)

Allergiya zamanı

Allergiya zamanı

Qəbizlik zamanı

Qəbizlik zamanı

Arıqlamaq üçün

Arıqlamaq üçün

Qanazlığı zamanı pəhriz

Qanazlığı zamanı pəhriz