Qəbizlik zamanı

Qəbizlik zamanı

Qəbul edilməsi məsləhət görülmür:
Qıcıqlandırıcı (acı-istiotlu, ədviyyatlı, tomatlı, yağlı) yeməklər;
Pomidor, ketçup, vəzəri, turp, soğan, sarımsaq, noxud, badımcan, acı bibər, kələm;
Şoraba, turşu məmulatları; Yağlı, yağda qızardılmış xörəklər; Qoyun əti;
Kartof: yağ, soğan, əlavə edilməklə püre və qızardılmış şəkildə;
Xəmir xörəkləri, o cumlədən vermişel, makaron quru şəkildə (spagetti kimi)
Tort, pirojnalar, şirniyyatlar, şokolad, dondurma, qəhvə, kakao, şirin çay;
Süd, qatıq, dovğa, ayran, atlama, yoqurt, kərə yağı;
Dönər, kolbasa, sosiska, konservə olunmuş məhsullar;
Qaynar çay, moruq və çiyələk mürəbbəsi, yaşıl çay, isti çörək;
Təbii şirələr, qazlı sular, o cümlədən Fanta, Kola və s.
Qoz, fındıq, günəbaxan tumu;
Alkoqollu içkilər, siqaret.

Qəbul edilməsi məsləhət görülür:
Mal əti, balıq, toyuq, hind toyuğu, malın qaraciyəri, toyuq içalatı (pətənək) – qaynadılmış halda, buxarda bişmiş katlet və suplar şəklində; suplar ətin 2-ci bulyonunda hazırlanmalıdır, supa düyü, vermişel, makaron, 1-2 dilm kartof, baş soğan (bütöv şəkildə), dəstə şəklində bişirib sonradan götürmək şərtilə keşniş, şüyüd, cəfəri, quru nanə, sarıkök, əgər böyrək xəstəlikləri, hipertoniya (təzyiq) xəstəliyi və digər əks-göstərişlər yoxdursa istəyə görə duz əlavə edilə bilər;
Qeyd edilən ət məhsullarını istiot, sumaq, soğan, və digər qatqılar olmadan kabab şəklində, həmçinin sobada öz yağında qızarmış halda da yemək olar;
Suda hazırlanmış qarabaşaq (qreçka), manna və düyü sıyığı; kisel qalet (taxta) peçenyesi ilə; İlıq bişmiş yumurta;
Süd məhsullarından yalnız şor, aktivia, dietik kəsmik (tvoroq) və duzsuz pendir məsləhət görülür;
Kartof: suplarda, soyutma və külləmə halında istifadə edilməlidir;
Meyvələrdən yalnız az miqdarda banan, alma (yaşıl və sarı sortları bişmiş halda ), üzüm (çəyirdəksiz), ərik qara gavalı, şaftalı yeməkdən ≈1,5 saat sonra qəbul edilə bilər;
Əla növ undan bişirilmiş, boyad (soyuq) çörək; Qara çörək;
Çay açıq, ilıq şəkildə olub, qəndlə, karamel konfetlə, albalı, gilas, qıcqırma qeyd olunmayan təsadüflərdə zoğal mürəbbəsi ilə içilə bilər; Süfrə suyu kimi Yessentuki 4, Nabeqlavi, Borjomi ilıq vəziyyətdə, qazı çıxarılmış şəkildə yeməkdən ya 1 saat əvvəl, ya da 30-40 dəq. sonra qəbul oluna bilər;
EX laksativ bitki yığım, kök, çuğundur, kahı, xiyar, keşniş, şüyüd, cəfəri;
Ərik, qara gavalı, əncir qurusu (gecə 1 stəkan qaynar suya hərəsindən 2-3 ədəd töküb, səhərə qədər saxlamalı, səhər ac qarına ilıq vəziyyətdə içməli);
Yemək süfrəyə verilərkən mütəmadi olaraq, ona 1 xörək qaşığı un kəpəyi əlavə etməli.


Rəylər

Oxşar məqalələr