Böyrək daşları zamanı pəhriz
Urat daşları zamanı pəhriz
Məsləhətdir
Qələvi mineral sular, süd və süd məhsulları (pendir, qatıq, kəsmik ), kərə yağ, yumurta, tərəvəzlər (badımcan, bolqar bibər, kartof, pomidor, cəfəri, dəfnə), yarmalar (buğda yarması, qarabaşaq), qoz, şəkər, şirin meyvələr, buğda və çovdar çörəyi, makaronlar.
Məhdudlaşdırılır
Duz, ədviyyatlar, qəhvə, tünd çay, kakao, dəniz və çay balıqları, paxlalılar, mayalı çörək, tərəvəzlərdən (ispanaq,quzuqulağı), meyvələrdən (moruq,əncir).
Qadağandır
Ət məhsulları (qaraciyər, böyrək, dil, beyin, dana əti, yağlı ət çeşidləri), piylər, qatı ət və balıq bulyonu, qırmızı şərab, pivə, şokolad.
Bəyaz Uro çay 2 paket götürüb 100 ml qaynar suda 20 dəqiqə dəmləyib eyni qayda ilə gündə 2-3 dəfə yeməkdən sonra qədul edilir.
Oksalat daşları zamanı pəhriz
Məsləhətdir
Tərkibində oksalat turşusunun miqdarı 0,9 qr/kq-a qədər olan məhsullar:
Brüssel kələmi, ağ və gül kələm növləri, kartof, banan, ərik, üzüm, armud, balqabaq, xiyar, noxud.bütün növ yarmalar,ağ çörək, bitki yağları, süd məhsulları.
Məhdudlaşdırılır
Tərkibində oksalat turşusunun miqdarı 1-3 qr/kq olan məhsullar:
Yerkökü, yaşıl lobya, kasnı, soğan, pomidor, mal və toyuq əti, qaraciyər, bəzi balıq növləri (treska).
Tərkibində oksalat turşusunu miqdarı 3-10 qr/kq olan məhsullar:
Qadağandır
Kakao, şokolad, tünd çay, qəhvə,çuğundur, kərəviz,ispanaq,quzu qulağı, cəfəri, qatı bulyonlar və tərkibində çox miqdarda C vitamini olan məhsullar – qara qarağat, çiyələk, sitruslar, anton alması və polivitaminlər.
Bəyaz Nefro çayı 2 paket 100 ml qaynar suda 20 dəqiqə dəmləyib gündə iki dəfə yeməkdən sonra qəbul edilir.
Fosfat daşları zamanı pəhriz
Məsləhətdir
Çörək və un məmulatları, heyvani və bitki yağları, bütün ət çeşidləri, balıq yumurta, yarmalar, az miqdarda xama, tərəvəzlər (balqabaq, yaşıl noxud, lobya, göbələk), meyvə (turş alma sortları, qaragilə, qarağat), açıq dəmli çay, kakao, itburnu dəmləməsi, şəkər, bal, qənnadı məmulatları,
Məhdudlaşdırılır
Duz, ədviyyat, qələvi mineral sular, qoz, tərəvəzlərdən (badımcan, bibər).
Qadağandır
Mayalı çörək, süd və süd məhsulları (kəsmik, pendir, qatıq), tərəvəzlərdən (kartof, kələm, yerkökü, xiyar, pomidor), meyvə və tərəvəz şirələri, duzlu, hisə verilmiş ət və balıq, piylər.
Ətraflı www.fitostore.az
Rəylər